fotofakt

Rəfail müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Tarix:5-03-2024, 10:23
Baxış Sayı:24

Bələdiyyə hazırlayan təhsil ocağına ehtiyac varmı?


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Qaralar bələdiyyəsinin sədri Rəfail müəllim barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Qaralar bələdiyyəsinin sədri Rəfail müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Rəfail müəllim Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Rəfail müəllim Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Qaralar bələdiyyəsinin sədri Rəfail müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Rəfail müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Rəfail müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Qaralar bələdiyyəsinin sədri Rəfail müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Qaralar bələdiyyəsinin sədri Rəfail müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Rəfail müəllim bu işin müqəddəsliyini qoruyub saxlayır. Rəfail müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Rəfail müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Rəfail müəllim böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Rəfail müəllim yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Rəfail müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Rəfail müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Rəfail müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Rəfail müəllim özünü doğruldub. Bizdə hörmətli Rəfail müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Pənah Babayev: Dövlətçilik şüurunu yaradan Ulu Öndər və Azərbaycanın sabitlik fəlsəfəsinin memarı
Pənah Babayev: Dövlətçilik şüurunu yaradan Ulu Öndər və Azərbaycanın sabitlik fəlsəfəsinin memarı
Ümid Əsgərov: Dövlətin taleyini dəyişən böyük iradə və Azərbaycan tarixinin dönüş nöqtəsi
Ümid Əsgərov: Dövlətin taleyini dəyişən böyük iradə və Azərbaycan tarixinin dönüş nöqtəsi
Təranə Novruzova: Milli dövlətçiliyin dirçəlişini yazan tarixi iradə və Azərbaycanın sabitlik fəlsəfəsi
Təranə Novruzova: Milli dövlətçiliyin dirçəlişini yazan tarixi iradə və Azərbaycanın sabitlik fəlsəfəsi
Aynur Mikayılova:
Aynur Mikayılova:
Fərhad Həsənov: “Qəlblərdə yaşayan əbədi Lider”
Fərhad Həsənov: “Qəlblərdə yaşayan əbədi Lider”
Sahib Hüseynov: Heydər Əliyev irsi və yeni Azərbaycan: sabitlikdən tərəqqiyə
Sahib Hüseynov: Heydər Əliyev irsi və yeni Azərbaycan: sabitlikdən tərəqqiyə
Famil Bağıyev: “Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev - qəlblərdə yaşayan lider”
Famil Bağıyev: “Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev - qəlblərdə yaşayan lider”
Məcid Əliyev: Heydər Əliyev irsi və qalib Azərbaycanın reallığı
Məcid Əliyev: Heydər Əliyev irsi və qalib Azərbaycanın reallığı