fotofakt

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə TƏBRİK

Tarix:8-03-2024, 11:31
Baxış Sayı:40

Hörmətli 288 №-Lİ tam orta məktəbinin direktoru Jalə Qədirova və xanımlarımız! Sizi Kanalim22.az saytının rəhbərliyi və kollektivi adından Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır.

Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.

Xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir.

Biz müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik. İnanıram ki, Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər".

Pənah Babayev: Dövlətçilik şüurunu yaradan Ulu Öndər və Azərbaycanın sabitlik fəlsəfəsinin memarı
Pənah Babayev: Dövlətçilik şüurunu yaradan Ulu Öndər və Azərbaycanın sabitlik fəlsəfəsinin memarı
Ümid Əsgərov: Dövlətin taleyini dəyişən böyük iradə və Azərbaycan tarixinin dönüş nöqtəsi
Ümid Əsgərov: Dövlətin taleyini dəyişən böyük iradə və Azərbaycan tarixinin dönüş nöqtəsi
Təranə Novruzova: Milli dövlətçiliyin dirçəlişini yazan tarixi iradə və Azərbaycanın sabitlik fəlsəfəsi
Təranə Novruzova: Milli dövlətçiliyin dirçəlişini yazan tarixi iradə və Azərbaycanın sabitlik fəlsəfəsi
Aynur Mikayılova:
Aynur Mikayılova:
Fərhad Həsənov: “Qəlblərdə yaşayan əbədi Lider”
Fərhad Həsənov: “Qəlblərdə yaşayan əbədi Lider”
Sahib Hüseynov: Heydər Əliyev irsi və yeni Azərbaycan: sabitlikdən tərəqqiyə
Sahib Hüseynov: Heydər Əliyev irsi və yeni Azərbaycan: sabitlikdən tərəqqiyə
Famil Bağıyev: “Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev - qəlblərdə yaşayan lider”
Famil Bağıyev: “Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev - qəlblərdə yaşayan lider”
Məcid Əliyev: Heydər Əliyev irsi və qalib Azərbaycanın reallığı
Məcid Əliyev: Heydər Əliyev irsi və qalib Azərbaycanın reallığı