fotofakt

Mətanət Məmmədova: Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...

Tarix:18-04-2024, 12:15
Baxış Sayı:22

255 №-li tam orta məktəbinin direktoru Mətanət Məmmədova - Rusiya sülhməramlıları Qarabağa gələndə etirazlar iki istiqamətdə səslənirdi. Biri “Rusiya ordusu girdiyi yerdən çıxmır” deyənlər idi. Onların hamısı olmasa da, çoxu səmimi şəkildə ölkəni düşünənlər idi. Digəri “Əliyev Qarabağı ruslara satdı” deyənlər idi. Onlar 44 günlük müharibədən öncə “Qarabağı heç vaxt almayacağıq” deyirdilər və müharibənin olması ilə səhv çıxmalarını Xankəndinin alınmaması və rusların gəlişi ilə kompensasiya etməyə çalışırdılar. İndi əllərindəki bütün kartlar çıxdı: Xankəndi alındı, separatizm ləğv olundu, ermənilər getdi, ruslar tərk edir.
Etiraf etmək lazımdır: Əliyev daxildə siyasi opponentlərinin də, bu bölgədə maraqları olan və ermənilər üzərindən oyun quran güclərin də bütün “proqnozlarını”, gözləntilərini alt-üst etdi.

Bu gün Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb. Ən böyük reallıq, əlbəttə ki, torpaqlarımızın azad edilməsi, Ermənistanın işğalçı siyasətinə son qoyulmasıdır. Yeni reallıqlar zəminində qarşıda duran digər məsələlər bölgədə kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası, sülhün təmin olunmasıdır. Azərbaycan sübut etdi ki, Cənubi Qafqazda sülhün və sabitliyin davamlı dövlət siyasətinə çevrilməsi hər bir dövlətin qarşısında zəruri məsələ kimi dayanmalıdır.

 Cənubi Qafqazın lider dövləti olan Azərbaycan mövcud olduğu regionun inkişafında da mühüm rol oynamaqdadır. Belə ki, reallaşması bilavasitə Azərbaycanın iştirakından asılı olan transmilli layihələr dünya miqyasında Cənubi Qafqaza diqqətin artması ilə yanaşı, onun geosiyasi əhəmiyyətini artırmaqda, iqtisadi inkişafını sürətləndirməkdədir. Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Cənubi Qafqazın dünya siyasi və iqtisadi məkanına inteqrasiya prosesində artıq söz Azərbaycanındır. Bu reallığı ABŞ və Qərbdə yaxşı anlayır. Azərbaycanın Cənubi Qafqazada söz sahibinə çevrilməsi, ədalətli və qətiyyətli mövqeyi, ölkə Prezidentinin qlobal miqyasda nüfuzlu Lider olmasının nəticəsidir ki, 5 aprel Brüssel görüşünün təşkilatçılarından olan ABŞ dövlət katibi Blinken, Brüssel görüşünün digər təşkilatçısı Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen görüşdən əvvəl Prezidenti İlham Əliyevə zəng edərək vəziyyəti izah etməyə, üçtərəfli görüşün təfərrüatlarını müzakirə etməyə məcbur oldular.

ABŞ və Aİ rəhbərliyinin zəngləri və Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşlə bağlı vəziyyəti izah etməyə çalışmaları, Azərbaycan Prezidenti ilə məsləhətləşmələri bir daha ölkəmizin və Prezident İlham Əliyevin kifayət qədər artan nüfuzunun və siyasi lider kimi qəbul olunmasının göstəricisidir.

Qərb birmənalı olaraq anlamalıdır ki,  Prezident İlham Əliyevin ədalətli siyasəti Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq adasına çevrilməsini təmin edən yeganə ağıllı seçimdir. Çünki, cənab İlham Əliyev tərəfindən konkret irəli sürülmüş tələblər tarixi siyasi əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqazın yeni konfiqurasiyasını bilavasitə müəyyənləşdirməyə xidmət edir.

Bütün deyilənlərin fonunda belə bir həqiqət də öz təsdiqini tapır ki, güclü və müdrik lideri olan dövlət qarşısında duran bütün məqsədələrə nail ola bilir. Bu baxımdan Vətən müharibəsindən sonrakı bütün proseslərə, ən son Brüssel görüşünə də nəzər salsaq Prezident İlham Əliyevin siyasi-diplomatik müstəvidə birmənalı olaraq ən önəmli LİDER olduğu bir daha aydın görünür.

Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!