fotofakt

Ağstafa Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

Tarix:1-05-2024, 10:15
Baxış Sayı:71



Ağstafa RİH başçısı Seymur Orucov rayonun təhsil ictimaiyyətinin nümayəndələri ilə görüşüb



Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə başçının müavinləri, Tovuz-Qazax Regional Təhsil İdarəsinin Ağstafa Sektorunun məsul şəxsləri, rayonun ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Tədbirdə Ağstafa rayonunda 2023/2024-cü tədris ilində əldə olunan uğurlar və qarşıda duran mühüm vəzifələr müzakirə edilib. RİH başçısı qeyd edib ki, son illərdə Heydər Əliyev Fondu tərəfindən Həsənsu kəndində və Vurğun qəsəbəsində ən müasir tələblərə cavab verən tam orta məktəb binalarının tikilərək istifadə verilməsi, eyni zamanda, Fond tərəfindən inşa olunaraq yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulan Zəlimxan kənd tam orta məktəb binası ümumilikdə Ağstafa təhsili üçün göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.
Görüşdə təhsil işçilərinin təkllif və rəyləri dinlənilərək qəbul olunub.







Ağstafa RİH başçısı Seymur Orucov növbəti dəfə rayon mərkəzinə baxış keçirib, həyata keçirilən abadlıq-quruculuq işlərinə diqqət yetirib, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib







Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çəçrivəsində Ağstafada növbəti ağacəkmə aksiyası keçirilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”nin elan ilə bağlı Ağstafa RİH-in Tədbirlər Planına uyğun olaraq, atmosferə atılan karbon qazlarının azaldılması məqsədi ilə Ağstafa şəhərində yaşayış binalarının ətrafında yaşıllıq zonaları salınır.  Hüseyn Arif küçəsində yerləşən 88 mənzilli 4 və 6 saylı yaşayış binalarının ətrafında təşkil olunan növbəti ağacəkmə aksiyasında RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, könüllü gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində ərazidə şam ağacı tingləri və dekorativ kollar əkilib, yerə ot çimləri döşənib, yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilib.








Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!