fotofakt

Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO

Tarix:3-05-2024, 15:14
Baxış Sayı:6

Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO

"Son illərdə başladılan ciddi tədbirlər nəticəsində respublika ərazisində narkotik vasitə ilə əlaqəli baza, anbar, hansısa bariqalar və s. hamısının özəkləri dağıdılıb. Amma narkotik vasitələrlə əlaqəli xəstəxanalara müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə 300% artıb". 

Yol-xeber.az xəbər verir ki,  bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” mövzusunda panel müzakirələri zaman deyib. O, xəstəxanaya müraciət edən narkotik istifadəçilərinin sayının artmasının səbəbini belə izah edib:

"Bundan başqa ayrı-ayrı blogerlər hansısa formada reabilitasiya mərkəzlərinin reklam arealına çevrilib. Bu da onu deməyə əsas verir ki, artıq reabilitasiya mərkəzlərinin sayı artıb. Bunların sayı niyə artdı, nə baş verdi? Burada aydın bir təhlil ortaya çıxmalıdır ki, narkotik vasitə tapa bilmir və məcburdur ki, bu vəziyyətdən xilas olsun. Əvvəlki dövrlərdə qohum, ailə övladının/qohumunun narkotik vasitədən asılılığını gizlədirdisə, artıq müraciətlər onu göstərir ki, cəmiyyət bu sahədə də xeyli irəliyə gedib". 

E.Hacıyevin sözlərinə görə, narkotik vasitə, alkoqolizm ayrı-ayrılıqda cinayətkarlıqla səbəbli əlaqə yaradır:

"Bilinməlidir ki, narkotik vasitə aludəçisi, alkoqolik potensial təhlükə mənbəyidir, geci-tezi var. Bilinməlidir ki, ilk 3-5 ayda bu insanı xilas etmək olur, amma bu müddət keçəndən sonra onu xilas etmək olmur. O, ya ölümə gedir, ya da öldürməyə. Əlində olan vəsaiti itirir, əmlakını satıb qurtarır,  iş yerini itirir və nəticədə narkotik vasitəni əldə etmək üçün oğurlamağa, talamağa başlayır. Sonda da cəmiyyətin mənafeyinə zərər dəyir", - deyə o söyləyib. 

<embed width="640" height="360" src="https://player.olke.az?v=30550&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>

Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!