fotofakt

Şərəfli icra başçısı, gözəl insan Siraqəddin Cabbarov

Tarix:5-06-2024, 13:05
Baxış Sayı:53


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovdur.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Siraqəddin Cabbarovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Siraqəddin Cabbarov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Sabirabad rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "3 İyun - Dünya Velosiped Günü" ilə əlaqədar veloyürüş keçirilib

Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsi, Sabirabad Gənclər Evi SXM və Gənclərin İnkişaf Kariyera Mətkəzi Mil-Muğan Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "3 İyun - Dünya Velosiped Günü" ilə əlaqədar Sabirabad rayonunda veloyürüş keçirilib.

Sabirabad Gənclər Evinin qarşısından başlayaraq 4 km məsafəni əhatə edən marşrut Kür və Araz çaylarının qovuşduğu məkanda başa çatmışdır. Finiş nöqtəsində yürüş iştirakçıları ilə birlikdə tədbir keçirilib. Tədbirdə Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və Sabirabad Gənclər evi SXM-in direktoru Rəşad Qurbanov çıxış edərək, yürüş iştirakçılarına təbriklərini çatdırıblar. Yürüşdə 60-a yaxın həvəskar velosipedçilər, həmçinin şəhər sakinləri iştirak ediblər.

Kütləvi idman tədbirinin təşkilində məqsəd velosiped idman növünün əhali arasında tanıdılması, sağlam həyat tərzinin təbliği və bu nəqliyyat vasitəsindən istifadə etməklə ətraf mühitin qorunmasıdır.








Yasamalın İctimai Həyatında Məsuliyyət və Etimad İmzası – Tahir Məmmədov
Yasamalın İctimai Həyatında Məsuliyyət və Etimad İmzası – Tahir Məmmədov
Beyləqan Səhiyyəsində Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi – Baş Həkim Şahlar Hüseynov
Beyləqan Səhiyyəsində Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi – Baş Həkim Şahlar Hüseynov
S.N.U MMC – Keyfiyyətli Qablaşdırmanın, Etibarlı Qapaq Həllərinin və Peşəkar Xidmətin Ünvanı
S.N.U MMC – Keyfiyyətli Qablaşdırmanın, Etibarlı Qapaq Həllərinin və Peşəkar Xidmətin Ünvanı
Nizami Qasımzadə – Məktəb İdarəçiliyində Təhsil, Tərbiyə və İnsan Amilini Birləşdirən Direktor
Nizami Qasımzadə – Məktəb İdarəçiliyində Təhsil, Tərbiyə və İnsan Amilini Birləşdirən Direktor
Həkim-Kardioloq Dr. Əhməd Əhmədov – İnsan Ürəyinə Sağlamlıq, Pasiyentlərinə Ümid Bəxş Edən Həkim
Həkim-Kardioloq Dr. Əhməd Əhmədov – İnsan Ürəyinə Sağlamlıq, Pasiyentlərinə Ümid Bəxş Edən Həkim
Gədəbəy Peşə Məktəbində Təhsilə, Peşəkarlığa və Gənclərin Gələcəyinə Dəyər Verən İdarəçilik – Direktor Əlviz Gülməmmədov
Gədəbəy Peşə Məktəbində Təhsilə, Peşəkarlığa və Gənclərin Gələcəyinə Dəyər Verən İdarəçilik – Direktor Əlviz Gülməmmədov
Novxanıda İctimai Etimad və Xalqa Xidmət Nümunəsi – Bələdiyyə Sədri Şahin Tağıyev
Novxanıda İctimai Etimad və Xalqa Xidmət Nümunəsi – Bələdiyyə Sədri Şahin Tağıyev
Mahir Məmmədov – Azərbaycan Şahmatının Beynəlxalq Nüfuzunu Gücləndirən Peşəkar İdarəçi
Mahir Məmmədov – Azərbaycan Şahmatının Beynəlxalq Nüfuzunu Gücləndirən Peşəkar İdarəçi