fotofakt

Üzeyir müəllim: Mehriban xanım Əliyevanın milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti Heydər Əliyev ideyalarına sadiqlik nümunəsidir

Tarix:21-08-2024, 12:10
Baxış Sayı:59

Üzeyir müəllim: Mehriban xanım Əliyevanın milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti Heydər Əliyev ideyalarına sadiqlik nümunəsidir

Gəncə Regional Enerji Təhcizatı İdarəsinin müdiri Üzeyir müəllim - Mehriban xanım Əliyevanın siyasi fəaliyyəti məzmun və mahiyyət etibarilə konkret hədəflərə istiqamətlənib və real nəticələr verir. İstiqamət və məqsəd bəllidir - dövlətçilik maraqlarının, xalqın mənafeyinin qorunması, milli həmrəyliyin gücləndirilməsi və s. Bu fəaliyyətin mühüm tərkib hissələrindən biri qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası çərçivəsində görülən işlərdir. İnkaredilməz həqiqətdir ki, zəngin və şərəfli yol keçən, Azərbaycanın tərəqqisinə, milli məqsədlərin gerçəkləşdirilməsinə və strateji hədəflərə çatmasına layiqli töhfələr verən Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Partiyamızın nailiyyətləri xalq-lider birliyinin, ictimai-siyasi monolitliyin ifadəsi, Heydər Əliyev ideyaları üzərində təşəkkül tapan reallıq, Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.

Ümummilli Liderimizin siyasi mirası və milli dövlətçiliyin siyasi dayağı olan YAP bu günə qədər öz üzərinə düşən vəzifələri yerinə yetirib, tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atıb. Bu gün də xalqın mənafeyinə və dövlətin maraqlarına xidmət edən siyasi missiyasını uğurla davam etdirir. Başqa sözlə, Yeni Azərbaycan Partiyası inkişaf edir, islahatlar yolu ilə özünü yeniləyir. Xüsusilə də, partiyanın qurultaylarında qəbul edilən qərarlar həm təşkilati, həm də siyasi-ideoloji işin səmərəliliyinin artırılması, qarşıya qoyulan hədəflərin reallaşdırılması baxımından mühüm önəm daşıyır.

Xüsusi qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V Qurultayında YAP Sədrinin müavini seçilməsi, 2021-ci il mart ayının 5-də baş tutmuş VII Qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunmasından sonra görülən işlər Yeni Azərbaycan Partiyasının ölkə daxilində və beynəlxalq aləmdə nüfuzunun daha da artmasını, yeni nailiyyətlər qazanmasını təmin edib;

- Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı sərəncama əsasən, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması onun gördüyü işlərin real nəticəsidir. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi səmərəli fəaliyyəti Azərbaycanın ardıcıl uğurlar əldə etməsini şərtləndirib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu, inkişafın yeni mərhələsinə qədəm qoymaq və gələcək hədəflərə doğru əmin addımlarla irəliləmək üçün önəmli zəmindir.

Birinci vitse-prezidentin təşəbbüsü ilə ötən müddət ərzində görülən işlər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində insan amilinin, vətəndaşın rifahının və mənafeyinin dayandığını, sosial ədalət prinsipinin əsas götürüldüyünü bir daha təsdiqləyir. Xüsusilə də məcburi köçkünlərə, qaçqınlara, şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə, aztəminatlı ailələrə, erməni vandalizmindən, müharibədən əziyyət çəkən digər kateqoriyadan olan insanlara dəstək göstərilməsi və bu kimi digər addımlar Mehriban xanım Əliyevanın öz vədinə - Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət sözünə əməl etdiyini növbəti dəfə sübuta yetirib. Bu gerçəkliklər onun humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanan çoxşaxəli fəaliyyətinin milli mənafelərin qorunmasına yönəldiyini göstərir.

Mehriban xanım Əliyeva "İnam və səmimiyyət olan yerdə yaradıcılıq əzmi xariqələr yaratmağa qadirdir", - deyə söyləyib. Bəli, Azərbaycanın birinci xanımı ölkə daxilində unikal layihələr reallaşdırdığı kimi, eyni inam və səmimiyyətlə Azərbaycandan kənarda da yaradıcılıq - quruculuq əzmi nümayiş etdirir, müstəsna mədəni-mənəvi, ictimai-siyasi və tarixi önəm daşıyan işlər görür, ilklərə və nailiyyətlərə imza atır.


Təsadüfi deyil ki, adı xeyirxahlıq, vətənpərvərlik anlayışları ilə assosiasiya olunan, milli və bəşəri dəyərlərə bağlılığı ilə fərqlənən, ictimai-siyasi obrazı nümunəvi xarakter daşıyan Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə ölkəmizdə deyil, beynəlxalq miqyasda da yüksək dəyərləndirilir. Müxtəlif mənbələrə nəzər saldıqda ayrı-ayrı dövlətlərin rəsmilərinin, nüfuzlu siyasətçilərin, tanınmış ictimai xadimlərin, alimlərin, tədqiqatçıların Mehriban xanım Əliyevanın milli məzmunlu, qlobal əhəmiyyətli fəaliyyətini ifadə və təqdir edən fikirlərinə rast gəlirik.

Paralel olaraq bir çox mükafatlarla təltif olunması - Azərbaycanın ən ali dövlət mükafatı olan "Heydər Əliyev" ordeninə, həmçinin bir sıra dövlətlərin və təşkilatların nüfuzlu təltiflərinə layiq görülməsi Mehriban xanım Əliyevanın yüksək ideallara əsaslanan, mütərəqqi ideyaları və çağırışları özündə ehtiva edən, bəşəriyyətin təmənna və gözləntilərinə adekvat cavab verən fəaliyyətinin məzmun və mahiyyət etibarilə həm milli, həm də beynəlmiləl xarakter daşıdığını bir daha təsdiqləyir.

Şübhəsiz ki, dövlət adamı, siyasətçi, ictimai-siyasi xadim üçün ən böyük üstünlük ictimaiyyətin güclü dəstəyidir və bu dəstəyə söykənərək cəmiyyətin, dövlətin inamını, etimadını doğrultmaqdır. Mehriban xanım Əliyeva buna müvəffəq olub. Xalqın dərin rəğbəti, tükənməz sevgisi, sarsılmaz inamı və güclü etimadı mənəvi-siyasi sərvət kimi Mehriban xanım Əliyevaya fəaliyyətini inamla və əzmlə davam etdirməyə imkan və stimul verir - qalib dövlətin yeni zirvələr fəth etməsi, suverenliyimizin rəmzi, dövlətimizin güc, xalqımızın isə qürur mənbəyi olan üçrəngli bayrağımızın ən uca məqamda - müstəqillik və Qələbə zirvəsində əbədi dalğalanması üçün və daha güclü Azərbaycan naminə!

“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
Tanınmış LOR, plastik, və rekonstruktiv, estetik cərrah Fuad Abdullayev: - "İŞİNİN PEŞƏKARI, ŞƏFALI ƏLLƏR SAHİBİ". YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR
Tanınmış LOR, plastik, və rekonstruktiv, estetik cərrah Fuad Abdullayev: - "İŞİNİN PEŞƏKARI, ŞƏFALI ƏLLƏR SAHİBİ". YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR
Jurnalistdən DİN-ə müraciət: “Biləsuvar sakini Vasif Bağışov məni aldadaraq 4
Jurnalistdən DİN-ə müraciət: “Biləsuvar sakini Vasif Bağışov məni aldadaraq 4
Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva
Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva
Kənan Babayev: Milli ideya: ictimai-diplomatik və mədəni “güc” siyasətində Mehriban Əliyeva fenomenliyi
Kənan Babayev: Milli ideya: ictimai-diplomatik və mədəni “güc” siyasətində Mehriban Əliyeva fenomenliyi
Rövşən İsmayılov: : Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu
Rövşən İsmayılov: : Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu
Namizəd İsmayılov: Şərəfli və məsuliyyətli ömür yolu
Namizəd İsmayılov: Şərəfli və məsuliyyətli ömür yolu