fotofakt

Ziyəddin Quliyev: Dünyanın nəzəri yenidən Azərbaycandadır

Tarix:16-11-2024, 10:43
Baxış Sayı:39

Prezidentin bu çıxışını bütün salon alqışladı - VİDEO

"Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev -Hazırda dünyanın nəzərləri yenidən Azərbaycana dikilib. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Artıq konfrans çərçivəsində bir sıra mühüm tədbirlər, o cümlədən də Liderlər Sammiti böyük uğurla baş tutub. Qeyd etməliyik ki, bu, BMT-in ən böyük tədbirlərindən biridir.

Bir neçə gün ərzində paytaxtımızda hazırda dünyada çox aktual olan iqlim dəyişmələri ilə bağlı müzakirələr aparılacaq və önəmli qərarlar qəbul olunacaq. Ağalar Vəliyev belə bir mötəbər tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsini ölkəmizin və onun Liderinin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan bir qayda olaraq beynəlxalq təhdidlərə qarşı qlobal həmrəyliyin gücləndirilməsi təşəbbüslərindən çıxış edir, ümumi məqsədlərə çatılması naminə fəallıq göstərir və bu işə özünün sanballı töhfələrini verir. Bu da beynəlxalq səviyyədə təqdir olunur. “Azərbaycan COP29-a ev sahibliyi hüququnu ötən ilin dekabrında Dubayda baş tutan COP28 çərçivəsində qazanıb. Təxminən 200 ölkənin yekdil qərarı ilə respublikamıza  COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”, - deyə millət vəkili qeyd edib.

Tədbirə hazırlaşmaq üçün ölkəmizin bir ildən də az vaxtı var idi. Ancaq indiyədək mühüm beynəlxallq tədbirlərin təşkilində yaxşı təcrübə qazanmış Azərbaycan qısa müddət ərzində məsuliyyətli hazırlıq həyata keçirib və hazırda da COP29-a yüksək səviyyədə ev sahibliyi edir.

COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulmasına çalışacaq. Milli Məclisin deputatının sözlərinə görə, hazırda qlobal istiləşmə və güclü sənaye inkişafı fonunda iqlim dəyişmələrindən bütün ölkələr təsirlənirlər. Ancaq bu, kiçik ada dövlətləri üçün bir mövcudluq məsələsidir. Buna görə də Azərbaycan o mövqedən çıxış edir ki, artıq müzakirələrdən işə keçilməli, kiçik ada dövlətlərinə real kömək göstərilməli, xüsusilə də maliyyələşmə məsələlələri həllini tapmalıdır.

Hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə sanballı töhfələr verməklə yanaşı, bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının artırılmasını da özünün prioritet hədəflərindən biri kimi müəyyənləşdirib. “Abşeron yarımadası, işğaldan azad olunmuş ərazilərimiz, Haxçıvan bərpa olunan enerji mənbələri ilə zəngindir. Bu potensialdan səmərəli istifadə etməklə qeyd olunan mənbələrdən getdikcə daha çox həcmlərdə ekoloji cəhətdən təmiz eneri alacağıq. Ölkəmizin yeni ixrac potensialı yaranacaq. Yaşıl enerjinin Avropaya ixracı məqsədilə Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsinə dair razılaşma əldə olunub. Liderlər Sammitində bildirildiyi kimi, biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji  təhlükəsizliyi layihələrini həyata keçirək. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin  texniki əsaslandırma işləri yaxın vaxtlarda bitəcək. Onun imkanları kifayət qədər böyük olacaqdır. Bu, yalnız başlanğıcdır”.

Pənah Babayev: Dövlətçilik şüurunu yaradan Ulu Öndər və Azərbaycanın sabitlik fəlsəfəsinin memarı
Pənah Babayev: Dövlətçilik şüurunu yaradan Ulu Öndər və Azərbaycanın sabitlik fəlsəfəsinin memarı
Ümid Əsgərov: Dövlətin taleyini dəyişən böyük iradə və Azərbaycan tarixinin dönüş nöqtəsi
Ümid Əsgərov: Dövlətin taleyini dəyişən böyük iradə və Azərbaycan tarixinin dönüş nöqtəsi
Təranə Novruzova: Milli dövlətçiliyin dirçəlişini yazan tarixi iradə və Azərbaycanın sabitlik fəlsəfəsi
Təranə Novruzova: Milli dövlətçiliyin dirçəlişini yazan tarixi iradə və Azərbaycanın sabitlik fəlsəfəsi
Aynur Mikayılova:
Aynur Mikayılova:
Fərhad Həsənov: “Qəlblərdə yaşayan əbədi Lider”
Fərhad Həsənov: “Qəlblərdə yaşayan əbədi Lider”
Sahib Hüseynov: Heydər Əliyev irsi və yeni Azərbaycan: sabitlikdən tərəqqiyə
Sahib Hüseynov: Heydər Əliyev irsi və yeni Azərbaycan: sabitlikdən tərəqqiyə
Famil Bağıyev: “Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev - qəlblərdə yaşayan lider”
Famil Bağıyev: “Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev - qəlblərdə yaşayan lider”
Məcid Əliyev: Heydər Əliyev irsi və qalib Azərbaycanın reallığı
Məcid Əliyev: Heydər Əliyev irsi və qalib Azərbaycanın reallığı