fotofakt

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin sədri Etibar Niftalıyev ayrılan pul vəsaitini mənimsəyir? – FAKT/İDDİA

Tarix:18-01-2024, 10:23
Baxış Sayı:47

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin sədri Etibar Niftalıyev ayrılan pul vəsaitini mənimsəyir? – FAKT/İDDİA


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zərdab rayon Komitəsində nələr baş verir? - FAKT
Xeberim.info-ya daxil olmuş məlumata əsasən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin sədri Etibar Niftalıyevin yarıtmaz fəaliyyəti barədə bəhs edilir.
Məlumatda deyilir: "Heç kimə sirr deyil ki, bu gün təhsil işçilərinə, məktəblərə, müəllimlərə, gələcəyimiz olan gənclərə xüsusi diqqət və qayğı göstərilir və bir mətbuat orqanı olaraq bunu yazılarımızda xüsusilə vurğulamışdıq. Bu qayğıda görəsən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zərdab rayon Komitəsini payı nə qədərdir? Məlum olduğu kimi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı təhsil işçilərinin sosial durumunun, mənzil təminatının yaxşılaşdırılması, müəllimlərin müalicə və istirahətinin təşkili, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görməli, müəllim əməyinin stimullaşdırılması və qiymətləndirilməsi, təhsil işçilərinin əmək hüquqlarının qorunması və pensiya təminatı sahəsində əlindən gələni əsirgəməməlidir. Görəsən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin sədri Etibar Niftalıyev bu yöndə nə kimi işlər görə bilib? Görəsən Etobar müəllim bir komitə sədri olaraq son vaxtlar Zərdab rayonunun hansı bir kənd məktəbinə baş çəkmiş, kollektivlə görüşmüş, həmkarlar itifaqının fəaliyyətini nəzərdən keçirmişdir.
Ataların belə bir məsəli var: “Gözdən uzaq, könüldən uzaq”. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin sədri Etibar Niftalıyev elə düşünür ki, paytaxtdan uzaqır, gördüyü bütün çirkin əməllərini ört-basdır edəcək. Əsla elə deyil, “görünən kəndə nə bələdçi”. Kor-kor, gör-gör, Etibar müəllim güya təhsil işçilərinə yardım və ya tədbirlər təşkil edib ayrılan pul vəsaitini silməklə məşğul olur. Aldığımız məlumatda deyilir ki, dövlət tərəfindən ayrıaln avtomobili özünküləşdirib nəvəsi Bakı şəhəri Biləcəri qəsəbəsində gəzib-dolanır, halbuki avtomobil dövlət tərəfindən verilən xidməti avtomobildir və komitənin balansındadı.
Maraqlıdir, görəsən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin sədri rayon Təhsil Şöbəsinin rəhbəri ilə birgə üzv olan hansı təşkilatlara baş çəkmiş, onların problemləri ilə yerində maraqlanmışlar? Adıçəkilən qurum təhsil müəssisələrində əmək şəraitinin yaxşılaşdırılması yönündə nə kimi maarifləndirmə işləri aparmışlar? Görəsən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zərdab rayon Komitəsi son illər hansı bir xəstə müəllimin əməliyyat pulunu öz üzərinə götürüb, yaxud onun müalicəsinə köməklik göstərib, istirahətini təşkil edib? İstirahət demişkən, hansı təhsil işçisini sanatoriyaya müalicə üçün yollayıb? Bütün bu sadaqladıqlarımız bizə də, cənab Səttar Möhbalıyevə də qaranlıq qalır.
Bir şözlə, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin də fəaliyyəti ürəkaçan deyil.
Davamı var...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!