fotofakt

Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

Tarix:31-01-2024, 10:41
Baxış Sayı:72

Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Zövlə kəndinin sakinləri ilə keçirib

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (ŞİH) Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Zövlə kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.  İcra başçısı ilə birgə səyyar qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər. ŞİH başçısı ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində və qanunvericiliyə uyğun olaraq qaldırılan məsələlərin həll olunduğunu, digər məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin ünvanlandığını qeyd edib. Dövlət başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq səyyar görüşlərin keçirildiyini vurğulayan Taleh Qaraşov səyyar qəbulda qaldırılan bütün müraciətlərin şəxsi nəzarətində olduğunu bildirib. Onun sözlərinə görə, səyyar görüşlər vətəndaşların qayğı və problemlərinin dinlənilməsi və onların həllilə bağlı müvafiq addımların atılmasına xidmət edir.  

     Dövlətə və dövlətçiliyə bağlı olan Zövlə kəndinin sakinləri qaldırılan məsələlərə operativ yanaşma ortaya qoyulduğu, fikir və istəklərini sərbəst ifadə etməyə tam şərait yaradıldığı üçün icra başçısına təşəkkür ediblər. Zövlə sakinləri çıxışlarında dövlət başçısı cənab İlham Əliyevin kəskin hava şəraitinə baxmayaraq Lənkəran rayonuna səfərini təxirə salmamasının lənkəranlılara göstərilən diqqət və qayğının nəticəsi olduğunu vurğulayıblar. Yerli insanlar cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial-iqtisadi sahəyə göstərdikləri xüsusi diqqət nəticəsində insanların rifah halının yaxşılaşdığını bildiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.



Taleh Qaraşov Haftoni qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə səyyar görüş-qəbul keçirib

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Haftoni qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə  keçirib. Səyyar qəbulda yerli icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər. Taleh Qaraşov yerlərdə səyyar görüş-qəbulların keçirilməsinin önəmindən danışaraq bildirib ki, cənab Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq keçirilən görüşlər insanların gündəlik qayğı və problemlərinin öyrənilməsinə, onları narahat edən məsələlərin yerində araşdırılmasına, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olmaq məqsədini daşıyır. Onun sözlərinə görə, vətəndaşlar tərəfindən qaldırılan məsələlərə operativ reaksiya verilməsi və həlli imkanlarının yerində araşdırması, nəticədə vətəndaş məmnunluğunun təmin olunması baxımından səyyar qəbul-görüşlər önəm kəsb edir.Lənkəran ŞİH başçısı qeyd edib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsən onun nəzarəti altındadır.

   Vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şəraitin yaradıldığı görüş qarşılıqlı açıq dialoq şəklində baş tutub. Yerli insanlar onları narahat problemləri birbaşa icra başçısına söyləyə bildikləri, habelə onların həllindən ötrü səmimi yanaşma gördüklərinə görə rayon rəhbərliyinə təşəkkür ediblər.

    Haftoni qəsəbəsinin, Xanlıqlı və Talışlı kəndlərinin sakinləri vətəndaş- məmur münasibətlərindəki məmnunluq səviyyəsinin son dövrlər daha da artdığını, müraciətlərə daha həssas yanaşıldığını, insan amilinin sosial dövlət quruculuğu prosesində ən ön sırada dayandığını, sosial-iqtisadi layihələrin uğurla tətbiq olunduğunu vurğulayıblar və bütün bunlara görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!