fotofakt

Qarabağa qayıdan şəxslərin hansı sahələrdə çalışdığı açıqlanıb - Şad xəbər

Tarix:31-01-2024, 11:44
Baxış Sayı:1

Qarabağa qayıdan şəxslərin hansı sahələrdə çalışdığı açıqlanıb - Şad xəbər

Bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi işğaldan azad olunan ərazilərdə məşğulluğun həlli ilə əlaqədar görülən işlərdən bəhs edərkən öz yurduna qayıdan 1300 nəfərin daimi işlə təmin olunduğunu açıqlayıb.

Nazir həmçinin ötən il öz yaşayış yerinə dönən təqribən 600 nəfər üçün peşə hazırlığı üzrə müvafiq təlim və treninqlər keçirildiyini, bu il həmin rəqəm 3 minə çatdırılacağını bildirib.

Bununla belə nazir 1300 nəfərin hansı işlərlə təmin olunduğu barədə məlumat verməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən Ölkə.Az-ın sorğusuna özəl olaraq bir sıra detallar barədə açıqlama verilib:

"İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı üzrə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirləri davam etdirilir. 

Qeyd edək ki, həmin ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə onlara birdəfəlik müavinət (600 manat) verilir. Qeyd olunan mütəxəssislərin aylıq vəzifə maaşlarına əlavələr hesablanması və onlara hər il 5 gün əlavə məzuniyyət verilməsi də nəzərdə tutulub.

İşğaldan azad olunmuş ərazilərə qayıdan şəxslərlə görüşlər keçirilərək, onların məşğulluq imkanları qiymətləndirilir və məşğulluqlarının təmin olunması üçün işəgötürənlərlə əməkdaşlıq şəraitində dəstək tədbirləri həyata keçirilir. 

Həmin ərazilərə köçürülmüş şəxslərdən bu günədək artıq 1300-dən çox şəxsin məşğulluğu təmin edilib. Onlar əsasən tikinti-quraşdırma, istehsal, ictimai iaşə sahələrində işlə təmin olunublar. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan vətəndaşlar üçün özünüməşğulluq proqramı üzrə yaradılan təsərrüfatların sayı isə artıq 36-ya çatıb.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə ilk əmək yarmarkaları olaraq Füzuli və Laçın şəhərlərində əmək yarmarkaları keçirilib, bu yarmarkalarda 32 işəgötürən üzrə 354 vakansiya təqdim edilib".

Peşə hazırlığı ilə bağlı təşkil edilən treninqlərə gəlincə isə qeyd edilib ki, bu gün Agentlik tərəfindən əmək bazarının tələblərinə cavab verən 175 istiqamət üzrə peşə hazırlığı həyata keçirilir:

"Kursların təşkili zamanı isə işəgötürənlərlə əməkdaşlıq edilir. Onların kadrlara olan tələbatları öyrənilir və buna uyğun hazırlıq kursları təşkil edilir. Eləcə də işğaldan azad olunan ərazilərdə Agentlik tərəfindən əsasən  kənd təsərrüfatı, tikinti, turizm, sənaye və s. sahələr üzrə peşə hazırlığı kurslarının təşkili həyata keçirilir. 

Artıq Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Sarıcalı, Kəngərli, Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin işsiz və işaxtaran sakinləri üçün peşə hazırlığı kurslarının təşkili işləri də aparılır".

Agentliyin cavabında həmçinin bildirilib ki, 2026-cı ilə kimi işğaldan azad olunmuş ərazilər üzrə Nazirliyin xətti ilə ilkin mərhələdə 12 min şəxsin peşə hazırlığına cəlb edilməsi planlaşdırılır:

"İşğaldan azad olunan ərazilərimizdə aktiv məşğulluq proqramları davamlı olaraq genişlənəcəkdir".

Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Tahir Məmmədov – Yasamalın inkişafına töhfə verən nüfuzlu bələdiyyə sədri
Tahir Məmmədov – Yasamalın inkişafına töhfə verən nüfuzlu bələdiyyə sədri
Xidmətə sadiq bir rəhbər: Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılovun uğurlu idarəçilik yolu
Xidmətə sadiq bir rəhbər: Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılovun uğurlu idarəçilik yolu
Enerji sektorunda dayanıqlı inkişafın təməlini qoyan şəxsiyyət – “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev
Enerji sektorunda dayanıqlı inkişafın təməlini qoyan şəxsiyyət – “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev
Un və çörək sektorunun tanınmış siması – Məhərrəm Şəfiyev
Un və çörək sektorunun tanınmış siması – Məhərrəm Şəfiyev
Teatrın Səhnəarxası Qəhrəmanı – Ədalət Hacıyevin Mədəniyyətə Həsr Olunmuş Həyat Yolu
Teatrın Səhnəarxası Qəhrəmanı – Ədalət Hacıyevin Mədəniyyətə Həsr Olunmuş Həyat Yolu
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Ucarda “Karyerada inkişaf naviqatoru” layihəsi baş tutub
Ucarda “Karyerada inkişaf naviqatoru” layihəsi baş tutub