fotofakt

“Ermənilər bizim əzizlərimizdir, bəs Azərbaycan yaddır?”

Tarix:26-02-2024, 11:49
Baxış Sayı:3

“Ermənilər bizim əzizlərimizdir, bəs Azərbaycan yaddır?”

"Azərbaycan KTMT-yə üzv ölkələr üçün yad ölkə deyil. KTMT-də çoxlu müsəlman ölkələri var. Siz də bunu başa düşürsünüz".

Bunu Belarus lideri Aleksandr Lukaşenko deyib.

"Ermənistan bizim Ermənistanla Azərbaycan arasında müharibəyə qarışmağımızımı istəyirdi? Yəni bu müharibə hələ də davam etməli idi və minlərlə insan həlak olmalı idi.

Yaxşı, biz müharibəni bitirdik. Bizim mövqeyimiz necə olmalıdır? Ermənilər bizim əzizlərimizdir, əziz xalqımızdır. Bəs Azərbaycan yaddır? Ona görə də belə vəziyyətə düşdük. Və KTMT-nin heç bir əsası yox idi. Bu münaqişəyə girmək üçün qətiyyən heç bir səbəb yox idi", - Lukaşenko qeyd edib.

Lukaşenko hesab edir ki, Azərbaycan və Ermənistan müharibə yolu ilə sonda məsələnin düzgün həllinə nail oldular. "Ermənistan tərəfi etiraf etdilər ki, Azərbaycanın beş-altı rayonunu işğal ediblər", - Lukaşenko vurğualyıb.

O eyni zamanda əlavə edib ki, problemin sülh yolu ilə həlli istiqamətində Bakı ilə İrəvan arasında faktiki vasitəçi rolunu oynayıb: "Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il ərzində təkcə sülh yolu ilə nizamlanmaya deyil, həm də Ermənistan tərəfinə də maliyyə dəstəyi təklif edib. Mən özüm də bilmədən vasitəçi olmuşam. Mən Bakıdan İrəvana gedib bu siqnalları çatdırmışam. Söhbət Ermənistan iqtisadiyyatına milyardlarla dollara qədər sərmayə qoyuluşundan gedirdi.  Azərbaycan zəngin ölkədir. Bu məsələni sülh yolu ilə həll etmək üçün çoxlu təkliflər oldu”, - o deyib.

Lukaşenko bildirib ki, lakin əvvəlki illərdə Ermənistan rəhbərliyi sülh yolu ilə nizamlanmaya razılıq vermədiyindən problemli məsələlər yığılıb qalmışdı.

Lukaşneko onu da deyib ki, baş verənlərdə Paşinyanın günahı az idi: "Amma bu problem həll edilməli idi. Bir milyondan artıq azərbaycanlı qaçqın Azərbaycanın üzərinə böyük yük və bu da bir çox başqa problemlər yaradırdı”, - deyə Lukaşenko bildirib.

Yasamalın İctimai Həyatında Məsuliyyət və Etimad İmzası – Tahir Məmmədov
Yasamalın İctimai Həyatında Məsuliyyət və Etimad İmzası – Tahir Məmmədov
Beyləqan Səhiyyəsində Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi – Baş Həkim Şahlar Hüseynov
Beyləqan Səhiyyəsində Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi – Baş Həkim Şahlar Hüseynov
S.N.U MMC – Keyfiyyətli Qablaşdırmanın, Etibarlı Qapaq Həllərinin və Peşəkar Xidmətin Ünvanı
S.N.U MMC – Keyfiyyətli Qablaşdırmanın, Etibarlı Qapaq Həllərinin və Peşəkar Xidmətin Ünvanı
Nizami Qasımzadə – Məktəb İdarəçiliyində Təhsil, Tərbiyə və İnsan Amilini Birləşdirən Direktor
Nizami Qasımzadə – Məktəb İdarəçiliyində Təhsil, Tərbiyə və İnsan Amilini Birləşdirən Direktor
Həkim-Kardioloq Dr. Əhməd Əhmədov – İnsan Ürəyinə Sağlamlıq, Pasiyentlərinə Ümid Bəxş Edən Həkim
Həkim-Kardioloq Dr. Əhməd Əhmədov – İnsan Ürəyinə Sağlamlıq, Pasiyentlərinə Ümid Bəxş Edən Həkim
Gədəbəy Peşə Məktəbində Təhsilə, Peşəkarlığa və Gənclərin Gələcəyinə Dəyər Verən İdarəçilik – Direktor Əlviz Gülməmmədov
Gədəbəy Peşə Məktəbində Təhsilə, Peşəkarlığa və Gənclərin Gələcəyinə Dəyər Verən İdarəçilik – Direktor Əlviz Gülməmmədov
Novxanıda İctimai Etimad və Xalqa Xidmət Nümunəsi – Bələdiyyə Sədri Şahin Tağıyev
Novxanıda İctimai Etimad və Xalqa Xidmət Nümunəsi – Bələdiyyə Sədri Şahin Tağıyev
Mahir Məmmədov – Azərbaycan Şahmatının Beynəlxalq Nüfuzunu Gücləndirən Peşəkar İdarəçi
Mahir Məmmədov – Azərbaycan Şahmatının Beynəlxalq Nüfuzunu Gücləndirən Peşəkar İdarəçi