fotofakt

4 kənd Azərbaycanındır, yol ordan keçir… - Erməni nazir

Tarix:14-03-2024, 14:22
Baxış Sayı:0

Delimitasiya və demarkasiyanın məqsədi bir tərəfdə Ermənistan, digər tərəfdə Azərbaycan olmaqla, sərhəd xəttini dəqiq müəyyən etməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan parlamentdə mediaya açıqlamasında deyib.

“Hər iki tərəf üçün məqbul olan, bu proses üçün əsas olacaq hüquqi xəritəni götürmək lazımdır”, - o əlavə edib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın infrastrukturların Ermənistan ərazisindən keçməsi üçün yenidən qurulmalı olduğu barədə bəyanatına toxunan nazir qeyd edib:

“Bu ərazilərdə elə yerlər var ki, yollar və ya digər infrastrukturlar sərhədə kifayət qədər yaxındır, bəzi yerlərdə ola bilər ki, onlar sərhədi keçirlər, bu da o deməkdir ki, bəzi hissələrdə yenidən strukturlaşma məsələsi yarana bilər. Söhbət bu gün istifadədə olan yoldan gedir”.

Ermənistana daxil olan yollar və ya qaz kəməri marşrutunun dəyişdirilməli olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala nazir belə cavab verib:

“İş aparılmalıdır ki, nəticədə aydınlaşdıraq: yalnız yol və yalnız qaz kəmərindən söhbət gedir, yoxsa bu, digər infrastruktura da aiddir. Bu iş hələ başlamayıb, müddət də müəyyən edilməyib”.

Delimitasiya prosesi aparılmadığı halda Baş nazir Nikol Paşinyanın 4 kəndin (Ermənistanın işğalı altında olan 8 kənddən anklav olmayan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri – red.) Ermənistan ərazisində yerləşmədiyi haqda niyə tələsik açıqlamasına gəlincə, nazir bildirib ki, bunun səbəbi var:

“Baxmayaraq ki, iş tamamlanmayıb, ancaq müəyyən iş görülüb, ortada müəyyən xəritələr var ki, orda hər şey görünür”.

O, artıq bu ərazilərdə alternativ yolların salınması ilə bağlı yayılan məlumatları təkzib edib.

Pənah Babayev: Dövlətçilik şüurunu yaradan Ulu Öndər və Azərbaycanın sabitlik fəlsəfəsinin memarı
Pənah Babayev: Dövlətçilik şüurunu yaradan Ulu Öndər və Azərbaycanın sabitlik fəlsəfəsinin memarı
Ümid Əsgərov: Dövlətin taleyini dəyişən böyük iradə və Azərbaycan tarixinin dönüş nöqtəsi
Ümid Əsgərov: Dövlətin taleyini dəyişən böyük iradə və Azərbaycan tarixinin dönüş nöqtəsi
Təranə Novruzova: Milli dövlətçiliyin dirçəlişini yazan tarixi iradə və Azərbaycanın sabitlik fəlsəfəsi
Təranə Novruzova: Milli dövlətçiliyin dirçəlişini yazan tarixi iradə və Azərbaycanın sabitlik fəlsəfəsi
Aynur Mikayılova:
Aynur Mikayılova:
Fərhad Həsənov: “Qəlblərdə yaşayan əbədi Lider”
Fərhad Həsənov: “Qəlblərdə yaşayan əbədi Lider”
Sahib Hüseynov: Heydər Əliyev irsi və yeni Azərbaycan: sabitlikdən tərəqqiyə
Sahib Hüseynov: Heydər Əliyev irsi və yeni Azərbaycan: sabitlikdən tərəqqiyə
Famil Bağıyev: “Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev - qəlblərdə yaşayan lider”
Famil Bağıyev: “Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev - qəlblərdə yaşayan lider”
Məcid Əliyev: Heydər Əliyev irsi və qalib Azərbaycanın reallığı
Məcid Əliyev: Heydər Əliyev irsi və qalib Azərbaycanın reallığı