fotofakt

"Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Avropa açıq-aşkar savaşa hazırlaşır

Tarix:19-03-2024, 11:49
Baxış Sayı:6

"Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Avropa açıq-aşkar savaşa hazırlaşır

Rusiyanın Ukraynadakı hərbi əməliyyatından sonra Avropa İttifaqı “müharibə iqtisadiyyatına” keçməli və Kiyevin qələbəsini təmin etmək üçün hər şeyi etməlidir. 

 Avropa Şurasının prezidenti Şarbunu l Mişel Avropa liderlərinin Brüssel sammiti ərəfəsində "Euractiv"də “Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq” adlı məqaləsində qeyd edib. 

Şarl Mişel əlavə edib ki, Rusiya Ukraynada uğur əldə edərsə, dayanmayacaq. “Rusiya Moldovada, Gürcüstanda, Cənubi Qafqazda, Qərbi Balkanlarda və hətta Afrika qitəsində sabitliyi pozan taktikasını davam etdirir”, -  o qeyd edib.

Mişel xəbərdarlıq edib ki, adekvat reaksiya olmasa, növbəti hədəf Avropa ola bilər. 

"Əgər biz Aİ-nin reaksiyasını düzgün təşkil etməsək və Ukraynaya Rusiyanı dayandırmaq üçün kifayət qədər yardım göstərməsək, növbəti biz olacağıq", - Avropa Şurasının rəhbəri əlavə edib. 

Ona görə də Şarl Mişel Avropanın iqtisadiyyata yanaşmasını yenidən nəzərdən keçirməyi və müdafiə məsələlərinə üstünlük verməyi, “müharibə iqtisadiyyatı” rejiminə keçməyi təklif edir. 

“Təhlükəsizliyimiz üçün məsuliyyət daşımağın vaxtı çatıb. Biz artıq başqalarına arxalana bilmərik və ya ABŞ-də və ya başqa yerdə seçkilərin nəticələrindən asılı ola bilmərik”, -  Mişel yazıb. 

Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!