fotofakt

Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?

Tarix:8-05-2024, 12:29
Baxış Sayı:1

Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?

Bu gün Kremldə Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli gərgin bir görüşü gözlənilir.

Həm Kreml, həm də İrəvan bu görüşün çox gərgin keçəcəyini əvvəlcədən bəyan edib. Buna da səbəb uzun müddətdən bəri aralarında yığılıb qalmış çoxsaylı problemlərdir.

Putinlə Paşinyanın görüşünü şərh edən RF prezidentin köməkçisi Yuri Uşakov deyib ki, Rusiya ilə Ermənistan arasında münasibətlərdə problemli məsələlər yığılıb və onların liderlər arasında açıq müzakirə olunacağını gözlənili.

Paşinyan özü də həm aprel ayında, həm də mayın 7-də keçirdiyi mətbuat konfransında Moskva ilə münasibətlərin çətin günlər keçirdiyini, bir çox problemlərin olduğunu açıq şəkildə bəyan edib.

İrəvanla Kreml arasında yaranan problemlər nəticəsində son vaxtlar iki ölkə arasında müxtəlif səviyyələrdə təmaslar azalıb.

Uşakov İrəvanın Rusiyaya qarşı narazılıqları ilə bağlı deyib ki, burada həm Rusiya, həm də KTMT-yə qarşı tənqidlər var. "Ermənistan faktiki olaraq KTMT-də iştirakını dondurub. Baxmayaraq ki, o hələlik imtina etmir, lakin təlimlərdə iştirak etmir və KTMT-ni maliyyələşdirməkdən çəkinməyə hazırlaşır. Digər tərəfdən Ermənistan nümayişkaranə şəkildə Qərblə dialoqu inkişaf etdirir. Xüsusilə Avropa İttifaqına daxil olmaq üçün müxtəlif variantlar nəzərdən keçirilir, NATO vasitəsilə əlaqələr intensivləşdirilir və s." - o qeyd edib.

Odur ki, Putinlə Paşinyanın müzakirə ediləcək çoxlu ciddi məsələlər var. 

Kreml tərəfi bu görüşə böyük önəm verir. Uşakovun dediyi kimi, bu görüşdə tərəflər arasında "i" nöqtəsi qoyulacaq. Yəni onlar yollarını və gələcək münasibətlərini müəyyənləşdirəcəklər. 

Bütün bunları nəzərə alaraq demək olar ki, Putinlə Paşinyan arasındakı ikitərəfli formatda keçiriləcək görüş gərgin şəraitdə keçəcək. Təbii ki, Putin Kremlin mövqeyini sərt şəkildə İrəvanın qarşısında qaldıracaq. Hətta Rusiya lideri Paşinyanın diqqətinə Moskvanın hədələrini çatdırmaqdan belə çəkinməyəcək. Çünki Kremlin hələ də siyasi, iqtisadi, hərbi cəhətdən Ermənistana yetərincə təzyiq mexanizmləri mövcuddur. Rusiya Ermənistanı öz nəzarətində saxlamaq üçün bu təsir rıçaqlarından istifadə edəcəyini Paşinyanın da diqqətinə açıq şəkildə çatdıracaq. 

Çox güman ki, Paşinyan görüşə qərbli "ağa"larından aldığı təlimata uyğun şəkildə İrəvanın mövqeyini ortaya qoyaraq bacardığı qədər manevr etməyə cəhd edəcək. Ola bilsin ki, Paşinyan bəzi məsələlərdə Kremllə müvəqqəti də olsa, razılıq əldə edə və ya geri addım ata bilər. Bu, qarşılıqlı anlaşma formasında da mümkündür. Kreml də vaxt qazanmaq üçün hansısa məsələdə İrəvanın şərtini məqbul saya bilər.

Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Elnur Hüseynov - Vətəndaşlıq Nümunəsi və Bayram Təbriki
Elnur Hüseynov - Vətəndaşlıq Nümunəsi və Bayram Təbriki
Qaradağ Rayonunun Kommunal İnkişafına İdarəçilik: Namizəd İsmayılovdan Novruz və Ramazan Təbriki
Qaradağ Rayonunun Kommunal İnkişafına İdarəçilik: Namizəd İsmayılovdan Novruz və Ramazan Təbriki
Rəşid Yusifovdan Novruz və Ramazan Bayramı Təbriki
Rəşid Yusifovdan Novruz və Ramazan Bayramı Təbriki
Mingəçevir Polisinin Güclü Rəhbəri: Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Mingəçevir Polisinin Güclü Rəhbəri: Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Azərbaycan İnşaat Sektorunda Nümunəvi Şəxs – “Orbita MTK”nın Rəhbəri Famil Bağırovdan Novruz və Ramazan Bayramı Təbriki
Azərbaycan İnşaat Sektorunda Nümunəvi Şəxs – “Orbita MTK”nın Rəhbəri Famil Bağırovdan Novruz və Ramazan Bayramı Təbriki
Şamaxının İnkişafında Liderlik və Birlik Ruhu – Tahir Məmmədovdan Novruz və Ramazan Təbriki
Şamaxının İnkişafında Liderlik və Birlik Ruhu – Tahir Məmmədovdan Novruz və Ramazan Təbriki
Cəmiyyətə Xidmətin Nümunəsi və Bayram Ruhunun Təcəssümü – Sərxan İsmayılovdan Səmimi Təbrik
Cəmiyyətə Xidmətin Nümunəsi və Bayram Ruhunun Təcəssümü – Sərxan İsmayılovdan Səmimi Təbrik