fotofakt

İranın keçmiş prezidenti od püskürdü: "Ölkə parçalana bilər" - VİDEO

Tarix:12-06-2024, 10:25
Baxış Sayı:16

İranın keçmiş prezidenti od püskürdü: "Ölkə parçalana bilər" - VİDEO

İranda iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkisində mübarizə aparacaq namizədlərin adları bəlli olub. İki gün əvvəl Nəzarət Şurası səlahiyyətləri təsdiq olunmuş namizədlərin siyahısını seçkinin keçirilməsinə bilavasitə cavabdeh olan Daxili İşlər Nazirliyinə göndərib.

Bildirilib ki, prezident seçkisinə namizəd kimi qatılmaq istəyən 80 iddiaçıdan yalnız altı nəfər növbəti mərhələyə buraxılıb.

Süjetdə təsdiq olunmuş namizədlər sırasında seçkinin qalmaqallı və kəskin mübarizə şəraitində baş tutmasına səbəb ola biləcək bir sıra tanınmış siyasətçilərin adlarının yer almadığı xüsusi vurğulanıb.

"Bunlar ilk növbədə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad, parlamentin sabiq sədri Əli Laricani, keçmiş birinci vitse-prezident İshaq Cahangiri və ali rəhbərin ofisinin təmsilçisi Vəhid Həqqaniyandır. Bu şəxsləri seçki marafonundan kənarda qoymaqla, İran hakimiyyəti prezident postu uğrunda mübarizənin nisbətən sakit məcrada keçməsinə nail olmaq və həmişə olduğu kimi, seçki prosesini öz istəyinə uyğun şəkildə idarə edərək nəzərdə tutduğu namizədin qələbəsini təmin etmək niyyətini ortaya qoyub.

İddialara görə, İranın ali rəhbərinin və "SEPAH"ın (İslam İnqilabı Keşikçiləri Korpusu) qarşıdakı dörd ildə prezident postunda görmək istədiyi şəxs parlamentin hazırkı sədri Məhəmmədbağır Qalibafdır. Beləliklə, Qalibaf prezident olmaqla bağlı 20 illik arzusunun reallaşmasına çox yaxındır.

Amma Nəzarət Şurasının süzgəcindən keçməyən namizədlər də boş dayanmayıblar və məsələyə müxtəlif şəkildə reaksiya veriblər. Məsələn, Əli Laricani bəyanat yayaraq sözügedən qurumdan prezidentliyə namizədliyinin təsdiq olunmamasının səbəblərini açıqlamağı tələb edib. İran siyasətinin özünəməxsus simalarından olan eks-prezident Mahmud Əhmədinejad isə özünün təqribən 25 dəqiqəlik çıxışının videosunu yaymaqla, yaranmış vəziyyətə münasibətini bildirib. Həmin çıxış üç il əvvəlki prezident seçkisi ərəfəsində edilsə də, bugünkü durumla çox səsləşir və orada irəli sürülən fikirlər hazırkı situasiya ilə tam üst-üstə düşür".

Çıxışı zamanı Əhjmədinejad xəbərdarlıq edib ki, hakim təbəqənin əhalinin hüquq və azadlığını getdikcə daha çox məhdudlaşdırması təhlükəli sonluğa gətirib çıxara və ölkənin parçalanması ilə nəticələnə bilər.

Ətraflı "Azad İran" "YouTube" kanalının süjetində:

Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!