fotofakt

Yaxın Şərq uğrunda yeni savaş: Dünyanın yeni nizamı qurulur (ŞƏRH)

Tarix:27-08-2024, 09:26
Baxış Sayı:13

Yaxın Şərq uğrunda yeni savaş: Dünyanın yeni nizamı qurulur (ŞƏRH)

"Beynəlxalq hüquq, onu təmsil edən dövlət və qurumların səmimiyyətsizliyindən təngə gəlmiş böyük kütlələr artıq dünyanın hüquqi nizamını dəyişmək qərarına gələ bilərlər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Yaxın Şərq uğrunda yeni savaşın nə vəd edəcəyini şərh edərkən deyib:

"Yaxın Şərqdəki problemlərin həll edilməsinin alqoritmi doğru-düzgün şəkildə müəyyən edilməyib. Beynəlxalq təşkilatlar, xüsusən də Qərbi təmsil edən qurumlar ilk növbədə Yaxın Şərqdə özlərinin maraqları üçün mübarizə aparır", deyə Azər Hüseynov bildirib.

Ekspert qeyd edib ki, Yaxın Şərq üzrə nizamlanma prosesinin humanitar aspekti demək olar tamamilə bərbad vəziyyətdədir: 

"Müxtəlif məlumatlara görə, əsasən mülki fələstinlilər olmaqla 180 minə yaxın insan qətlə yetirilib. Onlar arasında çoxsaylı uşaq və qadınlar da var. Belə böyük bir rəqəmin ortada olmasına baxmayaraq, beynəlxalq ictimaiyyəti problemin humanitar aspekti o qədər də narahat etmir. Beynəlxalq  ictimaiyyət daha çox problemin geosiyasi və siyasi aspektlərinə diqqət yetirir".

Həmsöhbətimiz düşünür ki, humanitar fəlakətin daha da böyüməsi fonunda isə savaşa Livan, digər ölkə və qurumlar da qoşula bilər:

"Bu isə beynəlxalq razılaşdırılmış sistem kimi fəaliyyət göstərən BMT-nin, beynəlxalq hüququn süqutu deməkdir. Ümumiyyətlə, beynəlxalq hüquq mövcud vəziyyətə Yaxın Şərqdəki proseslər fonunda gəlib çatıb. Osmanlının ortadan qalxması, Paris sülh konfransı, II Dünya müharibəsi və ondan sonra Yaxın Şərqdə İsrail dövlətinin yaradılması, bütün bunlar beynəlxalq münasibətlər sisteminin müasir formasına gətirib çıxarıb". 

Konfliktoloq deyib ki, proses belə davam edərsə, Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin narahatlığının da hər hansı bir real təsiri olmayacaq:

"Məsələ ondadır ki, problem humanitar fəlakət problemidir. Beynəlxalq hüquq və onu təmsil edən dövlət və qurumların səmimiyyətsizliyindən təngə gəlmiş böyük kütlələr artıq dünyanın hüquqi nizamını dəyişmək qərarına gələ bilərlər".

Qeyd edək  ki, Avropa İttifaqının rəsmisi Cozep Borrel Yaxın Şərqdə vəziyyətin həm region, həm də ondan kənar ərazilər üçün kritik təhlükə həddinə gəlib çatdığını bildirib:

"Mən müharibənin daha kütləvi xarakter almasının qarşısını almaq üçün Livan baş naziri Mikatinin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin dərhal tətbiqi barədə çağırışını dəstəkləyirəm". 

Xatırladaq ki, İsrailin hərbi təyyarələri Livan ərazisinə  zərbələr endirib. Ardınca "Hizbullah" İsrailə yüzlərlə raket atıb. Bu fonda İsraildə fövqəladə vəziyyət elan edilib. 

Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!