fotofakt

İran-Pakistan gərginliyi PİK HƏDDƏ

Tarix:18-01-2024, 13:51
Baxış Sayı:8

İran-Pakistan gərginliyi PİK HƏDDƏ

Pakistanın İran ərazisində antiterror əməliyyatı keçirməsi Tehranın kəskin reaksiyasına səbəb olub.

İki ölkə arasında münasibətlər yanvarın 16-da İran Silahlı Qüvvələri Pakistan ərazisində yerləşən “Ceyş əl-Zolm” qruplaşmasının iki qərargahına pilotsuz təyyarələr və raketlərdən istifadə etməklə hücumundan sonra kəskin formada  gərginləşib.

Pakistan Xarici İşlər Nazirliyi Tehranın bu hərəkətini pisləyib və bunu ölkənin hava sərhədlərinin pozulması adlandırıb və bunun ciddi nəticələrə səbəb ola biləcəyini bildirib. Baş verən hadisədən sonra İslamabad dərhal Tehrandakı səfirini geri çağıraraq İranla yüksəksəviyyəli münasibətlərinə yenidən baxacağını bəyan edib.

Bununla belə İslamabad Tehranı cavab addımı ilə hədələyib. Bunun nəticəsi olaraq Pakistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, həyata keçirilən antiterror əməliyyatı çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına zərbələr endirilib. Hücum zamanı 7 nəfər ölüb və ölənlərin hamısının əcnəbi olduğu bildirilir. Bundan sonra Tehran İslamabaddan Pakistan Hərbi Hava Qüvvələrinin İrandakı hədəflərə raket hücumları ilə bağlı izahat tələb edib.  Vəziyyət o həddə çatıb ki, hətta Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Pakistanın müvəqqəti hökumətinin baş naziri Ənvar-ül-Haq Kakar səfərini yarımçıq qoyaraq təcili İslamabada  dönüb. Odur ki, iki ölkə arasında gərginlik  artmaqda davam edir.

Ümumiyyətlə, son günlərdə İran İraq, Suriya və Pakistan ərazisinə hava zərbələri endirməklə bölgədə vəziyyəti gərginləşdirmə taktikasını seçib.

Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!