fotofakt

Azərbaycan əleyhinə qərar bizim ziyanımızadır – Ermənistandan ŞOK REAKSİYA

Tarix:26-01-2024, 13:03
Baxış Sayı:4

Azərbaycan əleyhinə qərar bizim ziyanımızadır – Ermənistandan ŞOK REAKSİYA

Ermənistan siyasi və diplomatiya arenası AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qətnaməni İrəvan üçün uğurlu diplomatik addım hesab etmir. 

Hətta Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin müxalifətdən olan üzvü, "Mənim şərəfim" fraksiyasının rəhbəri Hayk Mamicanyan məlum qərarını şərh etməkdən imtina edib.

"Hraparak"ın yazdığına görə, müxalifət dairələri AŞPA-nın qərarının Azərbaycanla bağlı heç bir ciddi nəticəsi ola bilməyəcəyi düşüncəsindədirlər.  

Ermənistan baş naziri Nikol Paşinyanın xüsusi təyinatlı səfiri Edmon Marukyanın fikrincə, Qarabağ məsələsindən sonra belə bir qərarın qəbulu gecikmiş addımdır.

Erməni diplomat Dzyunik Ağacanyanın sözlərinə görə, bu qərar daha çox Azərbaycanın Qərbdən uzaqlaşaraq Rusiya və İranla sıx əməkdaşlıq etdiyi üçün qəbul edilib.

“Qərb Qarabağda ermənilərin boşaldılması faktına göz yummaqla ümid edirdi ki, bu sülh müqaviləsi  imzalanmasını asanlaşdıracaq. Amma nəticə gözlənildiyinin tam əksinə oldu", - o qeyd edib.

AŞPA qərarının nəticəsinə gəldikdə isə erməni diplomat deyib ki, Bakı Ermənistanla yox, Qərblə qarşıdurma və manevrdən yayınmağa çalışacaq.

Onun fikrincə, Azərbaycanla Qərb arasında yumşalma və kəskin qarşıdurmadan qaçma prosesi 7 fevral seçkisindən sonra başlayacaq: “Təbii ki, Türkiyə də bu baxımdan onlara dəstək olacaq. Eyni zamanda, əminəm ki, erməni tərəfinə təzyiqlər davam edəcək, ritorika dəyişməyəcək. Bu prosesdə İngiltərə də aktiv rol oynayacaq. Qərbin adından çıxış edən İngiltərə Ermənistan hakimiyyətini güzəştə getməyə inandırmağa çalışacaq. Sülh prosesinin tam iflasa uğramaması üçün Azərbaycanın tələbini yerinə yetirməyə inandıracaq”.

Erməni diplomat onu da əlavə edib ki, bu gün Qərb Azərbaycana sanksiyalar tətbiq etmək niyyətində deyil: "Qərb sülh sazişinin imzalanmasında maraqlıdır. Qərb hesab edir ki, sülh müqaviləsinin imzalanması ilə bağlı Rusiya regiondan və bununla da rus hərbi bazası Ermənistandan çıxarılacaq". 
AŞPA-nın Ermənistan nümayəndə heyətinin keçmiş üzvü Naira Zohrabyan bu qətnaməni diplomatik qələbə hesab etmir. "Bunu diplomatik qələbə hesab etmirəm.  Azərbaycana qarşı sanksiyalar təkcə A4 kağızı olacaq. Konkret nəticə olmayacaq”, -  Zöhrabyan bildirib.

Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!