fotofakt

"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR

Tarix:16-07-2024, 18:52
Baxış Sayı:27

 

Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir. Layihə istiqamətində növbəti görüş 15.07.2024 tarixində Saatlı rayonunda fəaliyyət göstərən Gənclər evində keçirilib.
QHT.az xəbər verir ki, Birliyin mətbuat katibi Fərid Səfərov məlumat verib. Onun sözlərinə görə,"Siz bizlərdən birisiniz" şüarı altında keçirilən tədbirdə Saatlı rayon icra hakimiyyətinin rəsmisi İctimai-Siyasi və Humanitar məsələləri şöbəsinin baş məsləhətçisi Məmmədov Aqşin, Saatlı UADM-nin psixoloqu Kərimli Gültac, Saatlı rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üzrə işin təşkili şöbəsinin baş məsləhətçisi Sabir Allahyarov, birliyin üzvləri və fiziki məhdudiyyətli şəxslər iştirak ediblər.
Birlik sədri, layihə rəhbəri Yasəmən Qəyyumova öncə tədbir iştirakçılarını salamlayıb, daha sonra layihənin məqsədi, ideyası, layihə çərçivəsində görüləcək işlər və layihənin faydaları haqqında geniş məlumat verib. 
Layihənin məqsədi  müxtəlif növ əlillik dərəcəsi alan fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə  düzgün istiqamətdə yönləndirilməsi və onların istəklərinə uyğun mövqelərinin  təmin edilməsində yardımçı olmaqdır. 
Tədbirdə iştirak edən psixoloq Kərimli Gültac fiziki məhdudiyyətli şəxslərin bəzi istiqamətlər üzrə qarşıya çıxan problemlərin yaranma səbəbləri  haqqında onlara dəstək proqramları çərçivəsində oluna biləcək köməkliklərin vacibliyini vurğulayıb.
Layihənin rəhbəri Yasəmən Qəyyumova müxtəlif növ əlillik dərəcəsi olan tədbir iştirakçılarını ayrı-ayrılıqda dinləyib, cəmiyyətə inteqrasiyası olmaq üçün onların qarşısını alan səbəbləri öyrənmək məqsədilə geniş müzakirələr aparıb. Ortaya çıxan və onların haqlə narazılığına səbəb olan amillər qeydə alınıb. Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyatlar süfrəsi açılıb. Xatirə şəkilləri çəkilib.

 

Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!