fotofakt

Sabirabad rayonunda "Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" mövzusunda tədbir keçirilib - FOTOLAR

Tarix:3-08-2024, 15:10
Baxış Sayı:10

 

Avqustun 2-də Sabirabad rayon Gənclər Evində “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin yekun tədbiri keçirilib.

QHT.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını və qanını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyinin icraçı drektoru Yasəmən Qəyyumova, Sabirabad rayon Gənclər Evinin direktoru Rəşad Qurbanov, birliyin üzvləri və fiziki məhdudiyyətli şəxslər iştirak ediblər.

Layihə rəhbəri Yasəmən Qəyyumova öncə tədbir iştirakçılarını salamlayıb, daha sonra layihənin məqsədi, ideyası, layihə çərçivəsində görüləcək işlər və layihənin faydaları haqqında geniş məlumat verib. Layihənin məqsədi müxtəlif növ əlillik dərəcəsi alan fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə düzgün istiqamətdə yönləndirilməsi və onların istəklərinə uyğun mövqelərin təmin edilməsində yardımçı olmaqdır.

Tədbirdə iştirak edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov fiziki məhdudiyyətli şəxslərin bəzi istiqamətlər üzrə qarşıya çıxan problemlərin yaranma səbəbləri haqqında onlara dəstək proqramları çərçivəsində oluna biləcək köməkliklərin vacibliyini vurğulayıb.

Birlik sədri və layihə rəhbəri Yasəmən Qəyyumova müxtəlif növ əlillik dərəcəsi olan tədbir iştirakçılarını ayrı-ayrılıqda dinləyib, cəmiyyətə inteqrasiyası olmaq üçün onların qarşısını alan səbəbləri öyrənmək məqsədilə geniş müzakirələr aparıb. Ortaya çıxan və onların haqlı narazılığına səbəb olan amillər qeydə alınıb.

Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyat süfrəsi açılıb, xatirə şəkilləri çəkilib.

Fərid Səfərov

 

Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!