fotofakt

Jurnalistdən Kamil Zeynallının saxlanılması ilə bağlı qəribə İDDİA

Tarix:21-02-2024, 13:39
Baxış Sayı:3

Jurnalistdən Kamil Zeynallının saxlanılması ilə bağlı qəribə İDDİA

Jurnalist Valeh Dadaşov fitnes məşqçisi Kamil Zeynallının Rusiyada hava limanında saxlanılması ilə bağlı yeni bir iddia irəli sürüb.

Jurnalist Rusiya polisinin bu cür hərəkəti rüşvət üçün etmiş ola biləcəyi versiyasını səsləndirib. O, Rusiyada tez-tez azərbaycanlıların bu cür yalançı ittihamlarla saxanıldığını yazıb:

"Kamil Zeynallını Ermənistan niyə beynəlxalq axtarışa versin ki?! O, Ermənistanda cinayət törədib? Burada mütləq başqa səbəb var. 

Ümumiyyətlə, II Qarabağ müharibəsindən sonra Rusiyada polis azərbaycanlıları saxlayıb sənədlərini yoxlayan zaman hər hansı çatışmazlıq olmasa belə bölməyə aparmaq üçün Ermənistanın həmin şəxsi beynəlxaq axtarışa verdiyini bəhənə edir. Məqsəd isə əksər hallarda rüşvət almaq olur. 

Bölməyə aparılan şəxs saxlama kamerasına salınsa da ondan əşyaları və mobil telefonu alınmır. Buna görə də, Kamil Zeynallı saxlama kamerasından video çəkə, sosial şəbəkələrdəki hesabında yayımlaya bilib. Saxlama kameraları 4-6 nəfərlik olur. Orada uzanmaq və əyləşmək üçün yerlər də var. Saxlanılan şəxs barədə 2 saat ərzində hər hansı tədbir görülməlidir. Bir çox hallarda isə bu qanun tez-tez pozulur".

V.Dadadşov özünün də ötən il eyni ittihamla saxlanıdlığını deyib:

"Ötən il noyabrın 12-də Moskvada metrosunun "Lyublino" stansiyasında polis əməkdaşları məni saxlayaraq sənədlərimi yoxladı və bildirdi ki, Ermənistan tərəfdən beynəlxalq axtarışa verildiyim üçün onlarla bölməyə getməliyəm. Etiraz etmədim, etsəydim, polisin qanuni əmrinə tabe olmamaq, polisə müqavimət göstərmək suçları ilə dərhal qandallayıb aparacaqlar. 
Bölməyə çatdıq və müvəqqəti saxlama kamerasında 2 saat saxlanıldıqdan sonra (bu müddət ərzində 4-5 polis əməkdaşı, hər 10-15 dəqiqədən bir  saxlama kamerasına girərək deyir: - “sənin işin çox ağırdır, ola bilsin səni Ermənistana təhvil vercəklər”.) polis məndən 40 000 rubl (680 manat) istədi. Əks təqdirdə məni Ermənistana təhvil verəcəklərini bildirdi. Mən isə bütün bunları polisin rüşvət almaq üçün etdiyini bilirdim və çox rahat idim. Çünki məndən əvvəl də, bir neçə azərbaycanlı bu minvalla saxlanılıb, sonradan buraxılmışdı. Elə məni də, 2 saatdan sonra buraxdılar".

Yasamalın İctimai Həyatında Məsuliyyət və Etimad İmzası – Tahir Məmmədov
Yasamalın İctimai Həyatında Məsuliyyət və Etimad İmzası – Tahir Məmmədov
Beyləqan Səhiyyəsində Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi – Baş Həkim Şahlar Hüseynov
Beyləqan Səhiyyəsində Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi – Baş Həkim Şahlar Hüseynov
S.N.U MMC – Keyfiyyətli Qablaşdırmanın, Etibarlı Qapaq Həllərinin və Peşəkar Xidmətin Ünvanı
S.N.U MMC – Keyfiyyətli Qablaşdırmanın, Etibarlı Qapaq Həllərinin və Peşəkar Xidmətin Ünvanı
Nizami Qasımzadə – Məktəb İdarəçiliyində Təhsil, Tərbiyə və İnsan Amilini Birləşdirən Direktor
Nizami Qasımzadə – Məktəb İdarəçiliyində Təhsil, Tərbiyə və İnsan Amilini Birləşdirən Direktor
Həkim-Kardioloq Dr. Əhməd Əhmədov – İnsan Ürəyinə Sağlamlıq, Pasiyentlərinə Ümid Bəxş Edən Həkim
Həkim-Kardioloq Dr. Əhməd Əhmədov – İnsan Ürəyinə Sağlamlıq, Pasiyentlərinə Ümid Bəxş Edən Həkim
Gədəbəy Peşə Məktəbində Təhsilə, Peşəkarlığa və Gənclərin Gələcəyinə Dəyər Verən İdarəçilik – Direktor Əlviz Gülməmmədov
Gədəbəy Peşə Məktəbində Təhsilə, Peşəkarlığa və Gənclərin Gələcəyinə Dəyər Verən İdarəçilik – Direktor Əlviz Gülməmmədov
Novxanıda İctimai Etimad və Xalqa Xidmət Nümunəsi – Bələdiyyə Sədri Şahin Tağıyev
Novxanıda İctimai Etimad və Xalqa Xidmət Nümunəsi – Bələdiyyə Sədri Şahin Tağıyev
Mahir Məmmədov – Azərbaycan Şahmatının Beynəlxalq Nüfuzunu Gücləndirən Peşəkar İdarəçi
Mahir Məmmədov – Azərbaycan Şahmatının Beynəlxalq Nüfuzunu Gücləndirən Peşəkar İdarəçi