fotofakt

Jurnalistdən DİN-ə müraciət: “Biləsuvar sakini Vasif Bağışov məni aldadaraq 4

Tarix:31-08-2025, 23:58
Baxış Sayı:30


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edən, 7 illik media nümayəndəsi kimi fəaliyyətim olan mən – Asim Abdullayev Asif oğlu, 2020-ci ildə baş vermiş dələduzluq hadisəsi barədə ətraflı məlumat vermək istəyirəm.

Həmin il mən orta məktəbin 9-cu sinfini bitirib 10-cu sinifə keçdiyim dövrdə Bakı şəhərində yerləşən Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanında iştirak etdim, lakin imtahandan uğurla keçə bilmədim.

Məktəbdə oxuyan bir şagird mənə dedi ki, “atamın bir dostu var, o, bu məsələni həll edə bilər”. Həmin şagird atasının nömrəsini verdi. Atası isə mənim atam Asif Abdullayevlə danışaraq bizi Bakıda Biləsuvar rayonu Bağbanlar kənd sakini Vasif Bağışov ilə görüşdürdü. Vasif özünü dövlət qrumlarında çalışan vəzifəli şəxs kimi təqdim etdi və liseyə qəbul məsələsini “həll edə biləcəyini” bildirdi.

Bakıda mən və atam Vasif Bağışovla görüşdük. O, bizdən məktəbə aid bəzi sənədləri və ümumilikdə 4 000 manat pul tələb etdi. Vasifin maşınında qandal və müxtəlif sənədlərin olması bizi inandırdı. Nəticədə əvvəlcə 2 000 manat nağd pul, daha sonra isə mərhələlərlə əlavə 2 000 manat (1 000 + 1 000) verdik.

Lakin yeni tədris ili başlayanda mənim adım liseyin kursantları arasında olmadı. Vasif Bağışov müxtəlif bəhanələrlə vaxtı uzadaraq bizi aylarla aldatdı. Daha sonra isə telefon zənglərimizə cavab vermədi və ortadan yoxa çıxdı.

Sonradan biz onun Biləsuvar rayonunun Bağbanlar kəndindəki evini tapdıq. Vasifin ailə üzvləri pulu qaytaracaqlarını vəd etsələr də, əməl etmədilər. Bir müddət sonra televiziyada Vasif Bağışovun başqa şəxslərə qarşı da dələduzluq əməllərinə görə saxlanılması barədə xəbər yayımlandı.

Çox güman ki, həmin şəxs artıq azadlıqdadır və dələduzluq yolu ilə mənimsədiyi pulları zərərçəkmişlərə qaytarmayıb. Mən bu işdə Daxili İşlər Nazirliyindən dəstək gözləyirəm:

 “Mən, bir jurnalist olaraq Azərbaycan polisinin ədalətinə inanıram. Hörmətli Nazirimiz və DİN rəhbərliyi bu məsələyə reaksiya verəcək, ailəmin aldadılaraq əlindən alınan 4 000 manatın qaytarılmasına yardım göstərəcək. Bizim yeganə ümidimiz dövlətimizin ədalətli qanunvericiliyinədir.”

Bu hadisə hüquqi baxımdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) üzrə qiymətləndirilməlidir. Qanunvericiliyə görə, vətəndaşların etibarından sui-istifadə edərək maddi ziyan vurmaq cinayət əməli hesab olunur və məsuliyyət yaradır.

Müraciətim aidiyyəti qurumlar tərəfindən araşdırılacağına inanıram.

Pənah Babayev: Dövlətçilik şüurunu yaradan Ulu Öndər və Azərbaycanın sabitlik fəlsəfəsinin memarı
Pənah Babayev: Dövlətçilik şüurunu yaradan Ulu Öndər və Azərbaycanın sabitlik fəlsəfəsinin memarı
Ümid Əsgərov: Dövlətin taleyini dəyişən böyük iradə və Azərbaycan tarixinin dönüş nöqtəsi
Ümid Əsgərov: Dövlətin taleyini dəyişən böyük iradə və Azərbaycan tarixinin dönüş nöqtəsi
Təranə Novruzova: Milli dövlətçiliyin dirçəlişini yazan tarixi iradə və Azərbaycanın sabitlik fəlsəfəsi
Təranə Novruzova: Milli dövlətçiliyin dirçəlişini yazan tarixi iradə və Azərbaycanın sabitlik fəlsəfəsi
Aynur Mikayılova:
Aynur Mikayılova:
Fərhad Həsənov: “Qəlblərdə yaşayan əbədi Lider”
Fərhad Həsənov: “Qəlblərdə yaşayan əbədi Lider”
Sahib Hüseynov: Heydər Əliyev irsi və yeni Azərbaycan: sabitlikdən tərəqqiyə
Sahib Hüseynov: Heydər Əliyev irsi və yeni Azərbaycan: sabitlikdən tərəqqiyə
Famil Bağıyev: “Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev - qəlblərdə yaşayan lider”
Famil Bağıyev: “Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev - qəlblərdə yaşayan lider”
Məcid Əliyev: Heydər Əliyev irsi və qalib Azərbaycanın reallığı
Məcid Əliyev: Heydər Əliyev irsi və qalib Azərbaycanın reallığı