fotofakt

Daşaltı əməliyyatından 32 il keçir

Tarix:25-01-2024, 10:21
Baxış Sayı:4

Daşaltı əməliyyatından 32 il keçir

Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən “Daşaltı əməliyyatı”ndan 32 il keçir.

Əməliyyat Şuşanın Daşaltı kəndinin azad olunması məqsədi ilə 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.

Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən başlayan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib.

Əməliyyatın birinci planı taqımın Nəbilər kəndindən keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub.

Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.

Daşaltıya daxil olan taqım ermənilərin pusqusuna düşüb. Digər taqımlar da itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu uğursuz əməliyyatda 90 nəfər itki verib. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.
2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olunub. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu düşməni Qarabağdan qovub.

Azərbaycan əsgərinin sərrast atəşi nəticəsində hər gün xeyli sayda canlı qüvvə və texnika itkisi ilə üzləşən erməni silahlı qüvvələri çıxış yolunu geri çəkilməkdə görüblər.

2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib.

Bununla da “Daşaltı əməliyyatı”nın qisası alınıb.

Qeyd edək ki, 2021-ci ilin noyabrın 7-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Daşaltı kəndində məscidin təməlini qoyublar.

Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşmüşdü. Uzun illər yeri müəyyən olunmamışdır. 18 sentyabr 2023-cü ildə Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda Riad Əhmədov və digər itkin azərbaycanlıların nəşlərinin tapıldığını və müəyyən edildiyi açıqlanmışdır. 30 sentyabr 2023-cü ildə Riad Əhmədovla Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində vida mərasimi təşkil olunmuşdur. Daha sonra İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Elnur Hüseynov - Vətəndaşlıq Nümunəsi və Bayram Təbriki
Elnur Hüseynov - Vətəndaşlıq Nümunəsi və Bayram Təbriki
Qaradağ Rayonunun Kommunal İnkişafına İdarəçilik: Namizəd İsmayılovdan Novruz və Ramazan Təbriki
Qaradağ Rayonunun Kommunal İnkişafına İdarəçilik: Namizəd İsmayılovdan Novruz və Ramazan Təbriki
Rəşid Yusifovdan Novruz və Ramazan Bayramı Təbriki
Rəşid Yusifovdan Novruz və Ramazan Bayramı Təbriki
Mingəçevir Polisinin Güclü Rəhbəri: Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Mingəçevir Polisinin Güclü Rəhbəri: Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Azərbaycan İnşaat Sektorunda Nümunəvi Şəxs – “Orbita MTK”nın Rəhbəri Famil Bağırovdan Novruz və Ramazan Bayramı Təbriki
Azərbaycan İnşaat Sektorunda Nümunəvi Şəxs – “Orbita MTK”nın Rəhbəri Famil Bağırovdan Novruz və Ramazan Bayramı Təbriki
Şamaxının İnkişafında Liderlik və Birlik Ruhu – Tahir Məmmədovdan Novruz və Ramazan Təbriki
Şamaxının İnkişafında Liderlik və Birlik Ruhu – Tahir Məmmədovdan Novruz və Ramazan Təbriki
Cəmiyyətə Xidmətin Nümunəsi və Bayram Ruhunun Təcəssümü – Sərxan İsmayılovdan Səmimi Təbrik
Cəmiyyətə Xidmətin Nümunəsi və Bayram Ruhunun Təcəssümü – Sərxan İsmayılovdan Səmimi Təbrik