fotofakt

Psixi problemləri olan şəxs necə sürücü ola bilib? - Sərt REAKSİYA

Tarix:14-02-2024, 12:28
Baxış Sayı:1

Psixi problemləri olan şəxs necə sürücü ola bilib? - Sərt REAKSİYA

Dünən Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını qətl etməkdə şübhəli bilinən Əhməd Əhmədovun taksi fəaliyyəti göstərdiyi deyilir.

Psixi problemləri olduğu bildirilən şəxsin sürücülük vəsiqəsi alması və taksi sürücüsü kimi fəaliyyət göstərməsi ən çox sorğulanan məsələlərdən birinə çevrilib. Belə ki, həmin şəxsin müştəriləri üçün potensial təhlükə olduğu vurğulanır.

Bəs bu necə mümkün olub?

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı "Ölkə.Az"a açıqlamasında iddia edib ki, səhiyyə ocaqlarında bu cür arayışlar 50-100 manata rahat şəkildə satılır:

"Ağıllı "dəli" ola bilir, dəliyə ağıllı kağızı alına bilir. Təəssüf ki, səhiyyə ocaqlarında bu cür arayışlar 50-100 manata rahat şəkildə satılır. Bu gün taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qaydalar icra olunsa da, tibb məntəqələrində, poliklinikalarda 80-100 manata heç bir müayinədən keçmədən baş həkimlər tərəfindən taksi fəaliyyəti üçün arayışlar satılır. Səhiyyə Nazirliyi rüşvət ocağına çevrilibsə, yol polisi buna nə etməlidir? Şəxs sağlamlıq haqqında arayış alaraq polisə təqdim edir, imtahanda iştirak edərək sürücülük vəsiqəsi alır".

Ekspert deyir ki, problemin üzərinə gedilməlidir: "Biz poliklinikalarda reydlərin keçirilməsi ilə bağlı məsələni dəfələrlə qaldırmışıq. Yaxud da sürücülərin tibbi müayinə məntəqəsi adında vahid struktur yaradılmalı və bu struktur ciddi nəzarət altında fəaliyyət göstərməlidir. Əvvəllər belə bir struktur var idi, lakin o da rüşvət yuvasına çevrilmişdi. Poliklinikaların tərkibinə verildikdən sonra isə 2 qat rüşvət yuvasına çevrildi. Problemin kökü bundan ibarətdir".

E.Muradlı vurğulayıb ki, dəfələrlə qaydaları pozan sürücülərin daha sonra dəlilik kağızı olduğu ortaya çıxıb: "Bu gün pulunu ödəyən övladını dəlilik adı ilə asanlıqla xilas edə də bilir. Daha sonra həmin insanlar belə qatillərə çevrilirlər. Dünən 5 nəfərin qətlində rüşvət alan hər kəsin günahı var. Bütün cəmiyyət bu işin üzərinə getməli, qınamalıdır. Bu qədər özbaşınalıq olmaz".

"Taksilərlə bağlı da qanun qüvvəyə minib, sağlamlıq arayışı tələb olunur. Lakin rüşvətlə satılan sağlamlıq kağızı ilə bağlı taksi şirkəti nə edə bilər?", - deyə ekspet əlavə edib.

Şamaxıda Dövlətçilik və Vətənpərvərlik Nümunəsi: Tahir Məmmədovun İcra Hakimiyyətində Səmərəli Rəhbərliyi
Şamaxıda Dövlətçilik və Vətənpərvərlik Nümunəsi: Tahir Məmmədovun İcra Hakimiyyətində Səmərəli Rəhbərliyi
Nəsimi MKTB-nin 23 Saylı Mənzil-Kommunal İstismar Sahəsində Yüksək Peşəkarlıq və Vətənpərvərliklə İcra Edilən Fəaliyyət
Nəsimi MKTB-nin 23 Saylı Mənzil-Kommunal İstismar Sahəsində Yüksək Peşəkarlıq və Vətənpərvərliklə İcra Edilən Fəaliyyət
Gülşən Cəfərova: Bakı-Vaşinqton geosiyasi işbirliyi regionda təhlükəsizlik və əməkdaşlıq amilidir
Gülşən Cəfərova: Bakı-Vaşinqton geosiyasi işbirliyi regionda təhlükəsizlik və əməkdaşlıq amilidir
Yollarda Qanunun Keşikçisi və Dövlətçiliyin Sədaqətli Təmsilçisi – Beyləqan Rayon Dövlət Yol Polisi Bölməsinin Rəisi, Polis Mayoru Ruslan Rəhimov
Yollarda Qanunun Keşikçisi və Dövlətçiliyin Sədaqətli Təmsilçisi – Beyləqan Rayon Dövlət Yol Polisi Bölməsinin Rəisi, Polis Mayoru Ruslan Rəhimov
Sabunçuda Qanunun Aliliyi və İctimai Asayişin Etibarlı Təminatçısı
Sabunçuda Qanunun Aliliyi və İctimai Asayişin Etibarlı Təminatçısı
Xalqın Süfrəsinə Bərəkət Gətirən Məsuliyyətli Rəhbərlik Nümunəsi
Xalqın Süfrəsinə Bərəkət Gətirən Məsuliyyətli Rəhbərlik Nümunəsi
Təhsilə sədaqət və dövlətçilik ruhu ilə idarə olunan məktəb mühiti – Nizami Qasımzadənin rəhbərlik missiyası
Təhsilə sədaqət və dövlətçilik ruhu ilə idarə olunan məktəb mühiti – Nizami Qasımzadənin rəhbərlik missiyası
Samir Quliyev: “Davosdan Gələn Mesaj - Azərbaycanın Regional və Qlobal İnteqrasiya Strategiyası”
Samir Quliyev: “Davosdan Gələn Mesaj - Azərbaycanın Regional və Qlobal İnteqrasiya Strategiyası”