fotofakt

Elxan Yaqubov şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərir

Tarix:5-06-2024, 11:52
Baxış Sayı:79



Gecə-gündüz bilmədən, bayram-istirahət keçirmədən, harda olmasından asılı olamayaq hər an, hər dəqiqə insanların sağlamlığının keşiyində duran, onların köməyinə tələsən həkimlər hər bir hörmət və diqqətə layiqdir. Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ulu Öndərin bu sahəyə ayırdığı diqqət sahəsində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmiri və bərpası, regionlarda müasir tipli xəstəxanaların tikilərək istifadəyə verilməsi, tibbi sığorta sisteminin tətbiq olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Bu gün biz qarşıdan gələn 17 iyun - Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə insanların sağlamlığının keşiyində gecə və gündüz dayanmış bütün tibb işçilərini təbrik edir, onlara şərəfli və məsulyyətli işlərində böyük müvəffəqiyyətlər arzulayırıq. Ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Bu şərəfli işdə əliniz, qolunuz yorulmasın.

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Bioloji Təbabət Klinikasının Təsisçi Direktoru Elxan Yaqubovdur.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Bioloji Təbabət Klinikasının Təsisçi Direktoru Elxan Yaqubov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Elxan Yaqubov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Bioloji Təbabət Klinikasının Təsisçi Direktoru Elxan Yaqubov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elxan Yaqubovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elxan Yaqubov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bioloji Təbabət Klinikasının Təsisçi Direktoru Elxan Yaqubova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Yaqubov Elxan Ənvər oğlu (16 iyun 1968QaraxıdırGöyçay rayonu) — Planeta şirkətinin təsisçisi və direktorudur. Bioloji Təbabət Klinikasının təsisçisi.
Yaqubov Elxan Ənvər oğlu 1968-ci il iyun ayının 16-da Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub.1985-ci ildə Qaraxıdır kənd orta məktəbini bitirmişdir. E.Yaqubov 1986–1988-ci illərdə hərbi xidmətdə olmuşdur.1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının iqtisadiyyat fakültəsini bitirmişdir.Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitunun dissertantıdır.Ailəlidir,üç övladı -(iki oğlan,bir qız) vardır.

ELXAN YAQUBOVUN ƏMƏK FƏALİYYƏTİ:
1997-ci ildən “Planeta” şirkətinin təsisçisi və direktorudur.
2001-ci ildən dünya üzrə mərkəzi Almaniyada yerləşən Bioloji Təbabətlə müalicə metodunu (Bioloji Tənzimləyici Təbabət) Azərbaycana gətirmiş və fəaliyyətə başlamışdır.[1] Bioloji Tənzimləyici Təbabət metodları ilə müalicə edən bütün ixtisaslar üzrə həkimləri tam hazırladıqdan sonra 2009-cu ilin fevralından Bioloji Təbabət Klinikasını təsis etmişdir.[2] Elxan Yaqubov həmçinin,yaradıcılıqla və tarixi araşdırmalarla da məşğuldur.

ELXAN YAQUBOVUN KİTABLARI:
2007-ci ildə prezident cənab İlham Əliyevin ömür fəaliyyətindən bəhs edən Hər bir azərbaycanlının prezdenti adlı ilk kitabı nəşr edilmişdir.
2012-ci ildə ikinci kitabı — tariximizdən bəhs edən Qara xaç yürüşünəşr edilmişdir.
2014-cü ildə Xocalı faciəsindən bəhs edən Torpaq Qan Ağlayır`` kitabı çap edilmişdir.

Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Nabranın girişində yerləşən "Oazis" restoranı ilə bağlı ciddi qanun pozuntuları – Vergidən yayınma və əmək hüquqlarının tapdanması iddiaları
Tahir Məmmədov – Yasamalın inkişafına töhfə verən nüfuzlu bələdiyyə sədri
Tahir Məmmədov – Yasamalın inkişafına töhfə verən nüfuzlu bələdiyyə sədri
Xidmətə sadiq bir rəhbər: Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılovun uğurlu idarəçilik yolu
Xidmətə sadiq bir rəhbər: Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılovun uğurlu idarəçilik yolu
Enerji sektorunda dayanıqlı inkişafın təməlini qoyan şəxsiyyət – “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev
Enerji sektorunda dayanıqlı inkişafın təməlini qoyan şəxsiyyət – “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev
Un və çörək sektorunun tanınmış siması – Məhərrəm Şəfiyev
Un və çörək sektorunun tanınmış siması – Məhərrəm Şəfiyev
Teatrın Səhnəarxası Qəhrəmanı – Ədalət Hacıyevin Mədəniyyətə Həsr Olunmuş Həyat Yolu
Teatrın Səhnəarxası Qəhrəmanı – Ədalət Hacıyevin Mədəniyyətə Həsr Olunmuş Həyat Yolu
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Nuray Həsənzadə belə qalib oldu-Fotolar
Ucarda “Karyerada inkişaf naviqatoru” layihəsi baş tutub
Ucarda “Karyerada inkişaf naviqatoru” layihəsi baş tutub