Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Qəbələ İnşaat"ın mühasibi Bahadur İbrahimovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Bahadur İbrahimov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
"Qəbələ İnşaat"ın mühasibi Bahadur İbrahimov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
"Qəbələ İnşaat"ın mühasibi Bahadur İbrahimov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Bahadur İbrahimovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Bahadur İbrahimov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Qəbələ İnşaat"ın mühasibi Bahadur İbrahimova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
"Qəbələ İnşaat"ın mühasibi Bahadur İbrahimov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Bahadur İbrahimovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Bahadur İbrahimov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, Bahadur İbrahimov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
"Qəbələ İnşaat"ın mühasibi Bahadur İbrahimov - Tikinti sektorunun inkişafında yeni üfüqlər. Ölkə inşaatçıları 14 ildir ki, hər il aprelin 10-nu peşə bayramları kimi qeyd edirlər. Bu, inşaat sahəsində çalışanların əməyinə verilən böyük dəyərdir.
İqtisadiyyatın sürətli inkişafında tikinti sektorunun payı olduqca böyükdür. Heç də təsadüfi deyil ki, bu sahə bir çox ölkələrdə bütöv bir iqtisadi zənciri hərəkətə gətirən mexanizm kimi qəbul edilir. Ümumiyyətlə, tikinti sektoru dünyada iqtisadi inkişafda və dayanıqlığının güclənməsində xüsusi yerə malikdir.
Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi illərdə tikinti-quruculuq işlərinə xüsusi diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində respublikamızda tikinti sektorunun inkişafı xeyli sürətlənmiş, şəhər və rayonlarda nəhəng istehsal müəssisələri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilmişdir. Ulu öndərin hakimiyyəti dövründə tikinti-quruculuq işlərinin həcmi daha da genişlənmiş, inşaat sektorunda fəaliyyət göstərən dövlət təşkilatlarına və özəl şirkətlərə maliyyə dəstəyi artırılmışdır. Dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsi sayəsində ölkəmizdə genişmiqyaslı quruculuq proqramları həyata keçirilmişdir.
Ulu öndər Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən Bakı, Sumqayıt və Gəncə kimi iri sənaye şəhərlərində şəhərsalmanın planlı şəkildə və elmi əsaslarla aparılmasına ciddi fikir verir, bu sahədə paytaxtda xeyli işlərin görüldüyünü xüsusi qeyd edirdi.
1996-cı ildə Heydər Əliyevin Bakıda Beynəlxalq Bankın yeni binasının açılışı mərasimində çıxışı zamanı səsləndirdiyi bu sözlər Onun vətənə hədsiz məhəbbətini, işinə münasibətini, quruculuq və yaradıcılıq həvəsini çox gözəl əks etdirir: "Mən şəhərin hər bir daşını, hər bir küçəsini, binasını özüm üçün doğma hesab edirəm. Əgər hər kəs millətini, şəhərini, Vətənini və paytaxtımız olan Bakını sevirsə, belə hissiyyatla yaşamalıdır".
1969-1982-ci illərdə Azərbaycanın paytaxtı Bakı şəhərinin inkişaf etdirilməsi və abadlaşdırılması nəticəsində onun görkəmi dəyişdi. 14 ildə yeni binalar, mədəniyyət obyektləri istifadəyə verildi, yaşayış evlərinin tikintisi geniş həcmdə həyata keçirildi. Bu illərdə tikilən çoxmənzilli binalar bütün Bakı şəhərinin yaşayış fonduna bərabər tutula bilərdi. Respublika rəhbərinin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması idi. 14 il ərzində respublika əhalisinə 376,1 min yeni tikilmiş mənzil verilmişdi. Bu, Azərbaycanın hər üç sakinindən birinin məhz həmin dövrdə yeni mənzillə təmin edilməsinə imkan yaratmışdı.
Görülən işlərin ulu öndərin daim diqqət mərkəzində olması bu sahənin əsas göstəricilərinin əvvəlki illərə nisbətən dəfələrlə artmasını, tikilən mühüm obyektlərin vaxtında və yüksək keyfiyyətlə istifadəyə verilməsini təmin etmişdir. Onların sırasında Kür su kəmərini, "Neftçilər" və "Nizami" metro stansiyalarını, Yeni Bakı Neftayırma Zavodunun emal kompleksini, Bakı Məişət Kondisionerləri Zavodunu, Qaradağ rayonunda nəhəng Dərin Özüllər Zavodunu və digərlərini misal gətirmək olar.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 18272,3 milyon manat vəsait yönəldilmişdir. Ümumi sərmayənin 50,7 faizi dövlət, 49,3 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Sərmayə qoyuluşunun 3,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Ötən il Bakı şəhərində Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi, İlahiyyat İnstitutunun yeni binası, 7 saylı "ASAN xidmət" mərkəzi, Bakı Metropoliteninin "Xocahəsən" stansiyası, "Xocahəsən" elektrik deposu, regionlarda isə Zəngilan Beynəlxalq Hava Limanı, Gəncə regional "ASAN xidmət" Mərkəzi, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu, "Şabran" İstirahət Kompleksi, Kəlbəcər rayonunda "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyası və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.
Ulu öndərin siyasi xəttinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanda böyük tikinti-quruculuq işləri aparılır. Qəbul edilən Dövlət proqramlarının uğurlu icrası iqtisadiyyatın kompleks inkişafına səbəb olmuş, tikinti işlərinin əhatə dairəsi xeyli genişlənmişdir. Bu da nəticə etibarilə, yeni iş yerlərinin açılmasına, məşğulluq probleminin aradan qaldırılmasına və əhalinin rifahının yaxşılaşdırılmasına səbəb olmuşdur.
Bu gün isə işğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti işlərində Azərbaycan memarlığının heç zaman bitib tükənməyən milli ruhu, koloriti və müasirliyi öz əksini tapır.
Genişmiqyaslı bərpa işləri və yeni infrastrukturun qurulması tikinti sektorunun inkişafında yeni üfüqlər, imkanlar açır. Yerli investorların işğaldan azad olunan torpaqlara sərmayə yatırmaları üçün də real şərait yaranmış, həmçinin bərpa prosesində innovativ texnologiyaların tətbiqi müəyyənləşdirilmişdir. Qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməklə işğaldan azad olunmuş ərazilərə yeni həyat verilir.