fotofakt

Paşinyan Azərbaycanla yeni müharibədən qorxsa da... - NƏ BAŞ VERİR?

Tarix:6-03-2024, 14:22
Baxış Sayı:5

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla yeni müharibədən qorxsa da, rəsmi Bakının 8 kəndin geri qaytarılması və Zəngəzur dəhlizi ilə bağlı tələblərini yerinə yetirmək istəmir. Ancaq Paşinyan onu da anlamamış deyil ki, tələblərin yerinə yetirilməməsi növbəti toqquşmaya səbəb olacaq ki, itirən yenə Ermənistan olacaq. Görünür, Paşinyan Azərbaycanın tələblərinin yerinə yetirilməsi qarşılığında nəsə əldə etmək istəyir ki, erməni cəmiyyətinə əldə edəcəyinin ölkəsi üçün faydasını izah edə bilsin. Paşinyana nə təklif oluna bilər?
Kəndlərin geri qaytarılması və Zəngəzur dəhlizinin açılması qarşılığında Ermənistanın müxtəlif regional layihələrə qoşulması təklif edilə bilər. Ermənistan rəsmiləri Qara dənizin dibi ilə çəkiləcək enerji xəttinə qoşulmaq istədiklərini bildiriblər. Həmin layihənin müəllifi Azərbaycandır. Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan ötən ilin oktyabrında Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı iki ölkə arasında fikir ayrılıqları ortadan qaldırıldıqdan sonra ölkəsinin Azərbaycandan qaz almaq istədiyini demişdi. Aydındır ki, Qara dəniz layihəsinə qoşulmaq və Azərbaycandan qaz almaq təklifinin müəllifi Nikol Paşinyandır. O özünün səsləndirə bilmədiyi təklifləri nazirləri və nazir müavinləri vasitəsilə gündəmə gətirir. Bunlar reallaşarsa Ermənistanın iqtisadi zəmində Azərbaycandan asılılığı artacaq. Rəsmi Bakı Paşinyanı Azərbaycanın tələblərini yerinə yetirməsinə həvəsləndirmək üçün bu səpgili açıqlama səsləndirə bilər: “İrəvan Azərbaycanın 8 kəndini geri qaytardıqdan və Zəngəzur dəhlizinə maneəsiz keçidə razılaşandan sonra Qara dənizin dibi ilə keçəcək alternativ enerji layihəsi və Azərbaycandan qaz alınması mövzularının Ermənistanla müzakirələrinə başlanıla bilər”.

Elxan Şahinoğlu

Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!