fotofakt

Tehran-Bakı toqquşması iddiası, Rusiyanı İrəvana hücumdan çəkindirən səbəb - AÇIQLAMA

Tarix:2-04-2024, 13:52
Baxış Sayı:1

Tehran-Bakı toqquşması iddiası, Rusiyanı İrəvana hücumdan çəkindirən səbəb - AÇIQLAMA

"Son günlərdə İran-Azərbaycan arasındakı münasibətlərin yenidən gərginləşməsi və bunun hətta toqquşma səviyyəsinə gəlib çatması haqqında səslənən fikirlərlə razı deyiləm. İndiki halda bunun üçün hər hansı səbəb görmürəm. Əksinə, biz Tehran-Bakı münasibətlərinin yaxşılamasını müşahidə etməkdəyik".

Bunu Ölkə.Az-a açıqlamasında siyasi ekspert Rizvan Hüseynov bəzi ekspertlərin İran-Azərbaycan arasındakı münasibətlərin yenidən toqquşma səviyyəsinədək qalxacağı barədə  səsləndirdikləri fikirləri şərh edərkən deyib.

Ekspert bildirib ki, bu gün Tehran-İrəvan münasibətləri gərginləşir. "Buna da səbəb İrəvanın sürətlə xarici siyasi kursunda kəskin dəyişikliklər edib Qərbə yaxınlaşmasıdır. Bu gün İrəvan və onun arxasında duran Qərb Rusiya və İranı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır. Düzdür, Rusiya hələlik Ermənistanla elə də sərt formada davranmır. Çünki bilir ki, bunun fəsadları ola bilər. Digər tərəfdən isə Ukraynada müharibənin getdiyi bir zamanda Cənubi Qafqaza diqqət ayıra bilməyəcək. Qərb də bunu yaxşı başa düşür və fürsətdən faydalanaraq  planlarını reallaşdırmağa çalışır", - o qeyd edib.

O əlavə edib ki, Ermənistan tarixən kimdənsə və hansısa ölkədən asılı vəziyyətdə olub: "Ermənistan bu gün iqtisadi cəhətdən tamamilə Rusiyadan asılı olan ölkədir. İndi də bir müstəqil dövlət kimi formalaşa bilmir və yaxud da özü  istəmir. İstəyir ki, kimdənsə asılı olsun. Kimlərsə onun əvəzində problemlərini həll etsin. Bax, 5 apreldə keçiriləcək Ermənistan-ABŞ-Aİ görüşünün məqsədi də budur. Bu görüşdə Qərb məqsədyönlü şəkildə Aİ-nin iqtisadi və maliyyə cəhətdən  lokomotivi olan Almaniyanı Cənubi Qafqazdakı proseslərə cəlb edirlər. Fransa İrəvana siyasi,  Vaşinqton hərbi-siyasi dəstək verəcək. Almaniya isə iqtisadi, maliyyə, texnoloji cəhətdən Ermənistana dəstək olacaq. Bununla da çalışırlar ki, Rusiya Ermənistan ciddi problem yarada bilməsin. Bu yolla da Rusiyanın bölgədən çıxarılmasına nail olmaq istəyirlər. Lakin burada başqa bir problem ortaya çıxır. Bu da ondan ibarətdir ki, Qərb zamanında Gürcüstan və Ukraynaya da belə bir dəstəyi verib. Amma nəticəsi heç də yaxşı olmayıb. Qərb əvvəlcə Gürcüstanı Rusiya ilə  qarşı-qarşıya tək qoydular, indi də Ukraynanı tək qoymaqdadırlar. Təssüflər olsun ki,  Ermənistanın başıboş rəhbələri bunu anlamır, yaxud da anlamaq istəmir. Çünki bölgədə çox təhlükəli bir vəziyyət yarana bilər. 

Azərbaycan isə bölgədə Rusiya ilə Qərb arasında qarşıdurmanın yaranmasını istəmir. Bu bölgə üçün yaxşı heç nə vəd etmir. O baxımdan Tehran da vəziyyəti yaxşı anlayır. O da Qərbin bölgədə möhkəmlənməsini istəmir və buna qarşı çıxır. Mən deyərdim ki, yaranmış durumda Tehran, Bakı, Moskva və  Ankara demək olar, eyni mövqedən çıxış edirlər. Odur ki, yaranmış durumda biz Tehranla Bakı arasında münasibətlərin inkişaf etdiyinin, İrəvanla isə münasibətlərinin kəskinləşməsini  müşahidə etməkdəyik. Tehran Qərbi bölgəyə gətirdiyi üçün İrəvana sərt mesajlar verməkdədir. Tehran bunu açıq şəkildə bəyan edir. Biz Tehran-Bakı deyil, ciddi Tehran-İrəvan gərginliyin yaranmasının şahidi ola bilərik". 

Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Elnur Hüseynov - Vətəndaşlıq Nümunəsi və Bayram Təbriki
Elnur Hüseynov - Vətəndaşlıq Nümunəsi və Bayram Təbriki
Qaradağ Rayonunun Kommunal İnkişafına İdarəçilik: Namizəd İsmayılovdan Novruz və Ramazan Təbriki
Qaradağ Rayonunun Kommunal İnkişafına İdarəçilik: Namizəd İsmayılovdan Novruz və Ramazan Təbriki
Rəşid Yusifovdan Novruz və Ramazan Bayramı Təbriki
Rəşid Yusifovdan Novruz və Ramazan Bayramı Təbriki
Mingəçevir Polisinin Güclü Rəhbəri: Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Mingəçevir Polisinin Güclü Rəhbəri: Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Azərbaycan İnşaat Sektorunda Nümunəvi Şəxs – “Orbita MTK”nın Rəhbəri Famil Bağırovdan Novruz və Ramazan Bayramı Təbriki
Azərbaycan İnşaat Sektorunda Nümunəvi Şəxs – “Orbita MTK”nın Rəhbəri Famil Bağırovdan Novruz və Ramazan Bayramı Təbriki
Şamaxının İnkişafında Liderlik və Birlik Ruhu – Tahir Məmmədovdan Novruz və Ramazan Təbriki
Şamaxının İnkişafında Liderlik və Birlik Ruhu – Tahir Məmmədovdan Novruz və Ramazan Təbriki
Cəmiyyətə Xidmətin Nümunəsi və Bayram Ruhunun Təcəssümü – Sərxan İsmayılovdan Səmimi Təbrik
Cəmiyyətə Xidmətin Nümunəsi və Bayram Ruhunun Təcəssümü – Sərxan İsmayılovdan Səmimi Təbrik