fotofakt

Fars-molla rejimi “zəif halqa” kimi Azərbaycanı görür - AMMA...

Tarix:4-04-2024, 15:30
Baxış Sayı:3

İsrail hər zaman İranla mümkün birbaşa hərbi toqquşmaya hazırdır. Bunu İsrailin Rusiyadakı səfiri Simona Halper deyib. Halper vurğulayıb ki, İsrail İranla mümkün müharibəyə həmişə hazırdır: "İsrailin tarixi sübut edir ki, məhv olmaq təhlükəsi ilə üzləşdikdə ciddi yanaşmaq və hazırlıq görmək lazımdır". Səfir bildirib ki, İranın Dəməşqdəki konsulluğuna hücumla bağlı İsrail heç nə deyə bilməz. Çünki hücum konsulluğa deyil, yaxınlıqdakı binaya edilib. İran parlamentinin Təhlükəsizlik Komissiyasının üzvü Cəlil Rəhimi Cahanabadi deyib ki, əgər İsrailin hücumuna cavab verməsək, daha təhlükəli hadisələr baş verəcək: “İsrail Dəməşqdəki İran konsulluğunun binasına hücum etməklə Qəzzada İranla vuruşduğunu və Tehranın HƏMAS və Fələstin xalqının arxasında olduğunu demək istəyir. Sionist rejim açıq şəkildə hücum etdiyi zaman müvafiq cavab verilməlidir, çünki əks halda vəziyyət şiddətlənəcək və daha da təhlükəli hadisələr baş verəcək”.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, İsrailin Dəməşqdə İran konsulluğuna zərbə endirməsi Tehranı birbaşa münaqişəyə cəlb etmək məqsədi daşıyır. Onun sözlərinə görə, İran proksi qüvvələri üzərindən Qəzza müharibəsində İsrailə qarşı döyüşür və bu, Təl-Əvivin Tehran qarşısında “qan itirməsi”nə səbəb olur:

"İsrail İrana müdaxilə üçün beynəlxalq koalisiya yaratmaq istədiyi halda, öz sərhədlərində müharibə vəziyyəti ilə üzləşdi. Görünür, Təl-Əvivdə Tehranın hərbi toqquşmalardan kənarda qalmasını onun güclənməsinə səbəb olacağını düşünürlər. İsrail bu cür zərbələrlə İranın müharibəyə birbaşa cəlb olunmasına çalışır. Bu baş verərsə, Tehrana qarşı beynəlxalq koalisiyanın yaradılması, yaxud hərbi müdaxiləyə xarici dəstəyin əldə edilməsi imkanı yarana bilər. İranın “qisas alacağıq” sözləri isə ritorikadan uzağa getməcək, təcrübə belə düşünməyə əsas verir və yalnız proksi qüvvələri üzərindən nələrsə etməyə çalışacaq. Lakin əsas proksi gücü olan Hizbullahın prosesə birbaşa qoşulacağı ehtimalı azdır. Çünki bu qruplaşmanın hərəkətə keçməsi müharibənin arealının genişlənməsi və ABŞ-nin dəstəklədiyi koalisiya ilə üzləşməsi ilə nəticələnə bilər. İranın HƏMAS və Husilər üzərindən addımlarını davam etdirəcəyi gözləntisi daha çoxdur. Suriyada zərbə yediyi İsraili həmişəki kimi Arazın sahilində axtaracaq. Artıq İran parlamentinin üzvü Cəlal Rəşidi Koçi Azərbaycanı hədəf göstərib. Təklif edib ki, “sionistlərin region ölkələrinin birindəki diplomatik mərkəzlərindən birini, daha yaxşısı Azərbaycanı açıq və birbaşa hədəfə almaq lazımdır”. SEPAH-ın teleqram kanalı da Azərbaycanı ittiham edib".
Ekspertin fikrincə, Azərbaycanın hədəf göstərilməsinin Cəlal Rəşidi Koçinin və SEPAH kanalının “özfəaliyyəti” olmadığı bəllidir və burada iki hədəfə oynadıqları aydın görünür: "İsraillə birbaşa müharibədən çəkinən İran “qisas” üçün yan hədəflər tapmalıdır. Burada “zəif halqa” kimi Azərbaycanı görürlər. Hərçənd Arazın bu tayında aktiv hərbi addımın mümkün olmadığını da yaxşı anlayılar. Bakının hədəf göstərilməsi həm ictimai rəyi “düşmən axtarışına” yönəltməklə İsrail qarşısında zəifliyini ört-basdır etmək, həm də Arazın o tayındakı soydaşlarımıza bizi “düşmən” kimi təqdim etmək məqsədi daşıyır. Azərbaycanın hədəf göstərilməsinin arxasında Bakı-Tehran xəttində yeni gərginlik fazasının açılmasında xüsusilə maraqlı olan SEPAH qanadı dayanır və tədricən normallaşmaya doğru gedən münasibətləri “baltalamaq” məqsədi daşıyır. Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktının təşkilatçıları Dəməşq hücumunu bunun üçün fürsət olaraq görür. Baş verənlər fonunda İsrailin Bakıdakı səfirliyinə, yaxud israilli diplomatlara qarşı terror hücumunun törədilməsinə cəhd edilə biləcəyi də istisna edilməməlidir".

Yasamalın İctimai Həyatında Məsuliyyət və Etimad İmzası – Tahir Məmmədov
Yasamalın İctimai Həyatında Məsuliyyət və Etimad İmzası – Tahir Məmmədov
Beyləqan Səhiyyəsində Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi – Baş Həkim Şahlar Hüseynov
Beyləqan Səhiyyəsində Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi – Baş Həkim Şahlar Hüseynov
S.N.U MMC – Keyfiyyətli Qablaşdırmanın, Etibarlı Qapaq Həllərinin və Peşəkar Xidmətin Ünvanı
S.N.U MMC – Keyfiyyətli Qablaşdırmanın, Etibarlı Qapaq Həllərinin və Peşəkar Xidmətin Ünvanı
Nizami Qasımzadə – Məktəb İdarəçiliyində Təhsil, Tərbiyə və İnsan Amilini Birləşdirən Direktor
Nizami Qasımzadə – Məktəb İdarəçiliyində Təhsil, Tərbiyə və İnsan Amilini Birləşdirən Direktor
Həkim-Kardioloq Dr. Əhməd Əhmədov – İnsan Ürəyinə Sağlamlıq, Pasiyentlərinə Ümid Bəxş Edən Həkim
Həkim-Kardioloq Dr. Əhməd Əhmədov – İnsan Ürəyinə Sağlamlıq, Pasiyentlərinə Ümid Bəxş Edən Həkim
Gədəbəy Peşə Məktəbində Təhsilə, Peşəkarlığa və Gənclərin Gələcəyinə Dəyər Verən İdarəçilik – Direktor Əlviz Gülməmmədov
Gədəbəy Peşə Məktəbində Təhsilə, Peşəkarlığa və Gənclərin Gələcəyinə Dəyər Verən İdarəçilik – Direktor Əlviz Gülməmmədov
Novxanıda İctimai Etimad və Xalqa Xidmət Nümunəsi – Bələdiyyə Sədri Şahin Tağıyev
Novxanıda İctimai Etimad və Xalqa Xidmət Nümunəsi – Bələdiyyə Sədri Şahin Tağıyev
Mahir Məmmədov – Azərbaycan Şahmatının Beynəlxalq Nüfuzunu Gücləndirən Peşəkar İdarəçi
Mahir Məmmədov – Azərbaycan Şahmatının Beynəlxalq Nüfuzunu Gücləndirən Peşəkar İdarəçi