fotofakt

Qərb sülh müqaviləsinin imzalanmasında maraqlıdır - AXI NİYƏ?

Tarix:4-04-2024, 13:23
Baxış Sayı:0

Rusiyanın Ermənistana ağrılı zərbələr endirmək üçün çoxlu imkanları var: həm iqtisadi, həm də siyasi. Məsələn, ucuz enerji satışından imtina, erməni miqrantlara qarşı sanksiyalar – həddən artıq çoxdur bu imkanlar.
Bu sözləri erməni politoloq Armen Baqdasaryan Ermənistanın Solovyovun verilişini bloklamaq, “Mir” kartlarının istifadəsinə qadağa kimi son qərarlarına Rusiyanın mümkün cavabı haqda danışarkən deyib.
Onun sözlərinə görə, Rusiyanın bu imkanlardan necə istifadə etməsi onun nə qədər ağrılı zərbə vurmağa çalışmasından asılıdır:
“Buna görə də Ermənistan hakimiyyəti əks tədbirlər haqqında düşünməyə borcludur ki, bu zərbələrə davam gətirə bilsin. Təsadüfi deyil ki, aprelin 5-də Brüsseldə keçiriləcək budəfəki görüşün (Blinken-Leyen-Paşinyan görüşü nəzərdə tutulur – red.) əsas mövzusu Ermənistanın müqavimətinin artırılması olacaq. Güman edirəm ki, orada ABŞ və Avropa Ermənistana nəsə vəd etməyə çalışacaq ki, siz Rusiya ilə münasibətləri gərginləşdirməyə davam edin, biz isə cavab tədbirinin o qədər də ağrılı olmamasına çalışacağıq. İndiki halda, mənim anladığım qədər, Brüsseldə söhbət yalnız iqtisadi və maddi məsələdən gedəcək, təhlükəsizlikdən yox”. Ekspert bildirib ki, Rusiyanın mümkün iqtisadi təzyiqləri fonunda Qərbin görməli olduğu iş ilk növbədə ucuz enerjiyə çıxış olmalıdır. Onun sözlərinə görə, nə ABŞ-nin, nə də AB-nin Ermənistana ucuz enerji çatdırması imkanı var: “Yalnız bir variant var: Azərbaycanın enerji imkanlarından istifadə etmək. Ancaq bundan ötrü əvvəlcə Azərbaycanın təhlükəsizliklə bağlı tələblərinin nə olduğu bilinməlidir. Buna görə deyirəm ki, Ermənistan hakimiyyəti addım atarkən düşünməlidir”.
Maraqlıdır, erməni politoloqun dediklərində həqiqət payı nə qədərdir?
Qərb Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün Azərbaycan- Ermənistan arasında münasibətlərin tənzimlənməsinə, sülh müqaviləsinin bağlanmasına dair müsbət töhfələr verə bilərmi? Bizim ekspertlərimiz isə hesab edir ki, bütün bu amillər Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin şərtlərindən asılı olacaq.
Siyasi şərhçi Asəf Quliyevin “Sherg.az" açıqlamasına görə, Qərb Ermənistanı Rusiyanın təsirindən çıxarmaq üçün bütün vasitələrə əl atır:
“Mən Qərbin bölgədə gərginlikdə maraqlı olması fikri ilə razı deyiləm. Hətta Fransa belə bölgədə gərginlikdə maraqlı deyil. Bunun da çox sadə izahı var. Bölgədə gərginlik Rusiyanın Qafqazda qalmasının yeganə səbəbi ola bilər.
Antiterror tədbirlərindən sonra Qarabağda qalmaq üçün rıçaqlarını itirən Rusiya indi də Azərbaycan-Ermənistan sərhədində “sülh missiyasını” yerinə yetirməkdə iddialıdır. Amma bu gün Azərbaycanla sərhəddə Avropa mülki missiyası var. Bu da Rusiyanı bərk əsəbiləşdirir”.
A.Quliyevin sözlərinə görə, ABŞ və Avropa İttifaqı Ermənistanı Rusiyanın təsirindən çıxartmaq üçün Azərbaycanla sülh müqaviləsi imzalanmasında maraqlıdır:
“Lakin həm ABŞ-də, həm də Avropada yaxşı bilirlər ki, bu baş versə, bölgənin nəzarəti Türkiyəyə keçəcək. ABŞ buna neytral yanaşsa da, Avropanın əsas söz sahiblərindən olan Fransa buna mane olmaq istəyir. Buna görə də Ermənistanın daha çox dostu olduğunu hər vasitə ilə sübut etməyə çalışır. Amma reallığı da anlayır. Sülh müqaviləsi bağlansa, nə ABŞ, nə də Avropa İttifaqı Türkiyənin bölgədə möhkəmlənməsinə mane ola biləcək. Məntiqlə bunu etməməlidir də, çünki Türkiyə NATO-nun mühüm sütunlarından biridir. Bir məsələ də var ki, daim problemlərin Qərbdən gəldiyini deyən Türkiyənin xarici işlər naziri Hakan Fidan bu günlərdə belə bir bəyanatla çıxış etdi: “Avropa İttifaqına üzvlük məsələsi Türkiyə üçün strateji hədəf olaraq qalmaqdadır”. Bu isə o deməkdir ki, Türkiyə müttəfiqləri ilə körpüləri yandırmayıb, əksinə, yeni körpülər qurur. Bunu Kremldə də bilirlər”.

“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
Tanınmış LOR, plastik, və rekonstruktiv, estetik cərrah Fuad Abdullayev: - "İŞİNİN PEŞƏKARI, ŞƏFALI ƏLLƏR SAHİBİ". YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR
Tanınmış LOR, plastik, və rekonstruktiv, estetik cərrah Fuad Abdullayev: - "İŞİNİN PEŞƏKARI, ŞƏFALI ƏLLƏR SAHİBİ". YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR
Jurnalistdən DİN-ə müraciət: “Biləsuvar sakini Vasif Bağışov məni aldadaraq 4
Jurnalistdən DİN-ə müraciət: “Biləsuvar sakini Vasif Bağışov məni aldadaraq 4
Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva
Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva
Kənan Babayev: Milli ideya: ictimai-diplomatik və mədəni “güc” siyasətində Mehriban Əliyeva fenomenliyi
Kənan Babayev: Milli ideya: ictimai-diplomatik və mədəni “güc” siyasətində Mehriban Əliyeva fenomenliyi
Rövşən İsmayılov: : Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu
Rövşən İsmayılov: : Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu
Namizəd İsmayılov: Şərəfli və məsuliyyətli ömür yolu
Namizəd İsmayılov: Şərəfli və məsuliyyətli ömür yolu