fotofakt

"İranlı deputatın çağırışı hüquqi cəza ilə qarşılıq tapmalıdır" - ÇAĞIRIŞ

Tarix:5-04-2024, 15:30
Baxış Sayı:5

İran parlamentinin üzvü Cəlal Rəşidi Azərbaycanı “vurmağa” çağırıb. “Sionistlərin İran torpağına hərbi hücumuna qarşı qəti və bənzər cavab verməkdə səbr göstərmək və ya gecikmək İranın böyük adının nüfuz və şərəfinə ağır zərbə vurmağa bərabərdir. Təklifim odur ki, sionistlərin region ölkələrinin birindəki diplomatik mərkəzlərini, daha yaxşısı Azərbaycanı açıq və birbaşa hədəfə almaqdır”-deyə Rəşidi vurğulayıb.
Politoloq İlyas Hüseynov Bizimyol.info xəbər portalına açıqlamaında bildirib ki, bu gün yaxın Şərqdə cərəyan edən dəhşətli müharibə müxtəlif ssenarilər üzrə inkişaf edir və proksi qüvvələrin fəallığı hiss olunur. Eyni zamanda İranın Suriyadakı səfirliyinin vurulması müharibədə yeni bir mərhələni yaratmış oldu.

Politoloqun fikrincə, İran parlamentinin deputatının çağırışını heç cür anlamaq mümkün deyil.

“Bu gün İran və Azərbaycan arasında olan münasibətlərdə gərginliyin yaradılmasının səbəbkarı da İrandır və Tehrandakı Azərbaycan səfirliyinə edilən qanlı terror hücumunun araşdırılması ilə bağlı suallar hələ də qalmaqdadır. Digər tərəfdən terrorçuya ağır cəzanın elan edilməsi hələ də münasibətlərdə yaxınlaşmanı formalaşdırmayıb. Və bununla yanaşı, Azərbaycanın Tehrandaki səfirliyi hələ də öz işini bərpa etməyib.

Münasibətləri normallaşdırmaq üçün müəyyən addımlar atılsa da, konkret nəticə mövcud deyil və belə olan halda Bakıdakı İsrail səfirliyinə zərbə endirməklə bağlı çağırış çox təhlükəlidir. Bununla bağlı mənə elə gəlir ki, İranın qanunvericilik orqanı tərəfindən həmin deputata qarşı xüsusi tənbeh tədbiri həyata keçirilməlidir.

Biz öz ərazimizdən heç vaxt İrana qarşı istifadə etməmişik. Heç vaxt Qərbi Azərbaycana təzyiqlərinə rəğmən İranı hədəfə almamışıq və mehriban qonşuluq siyasətinə sadiq olmuşuq. Bu fonda Azərbaycanı hədəfə almaq məntiqdən kənardır. Və eləcə də heç bir reallığı özündə əks etdirmir”-deyən politoloq bildirib ki, əgər İranla İsrail arasında problemlər, ixtilaflar və ziddiyətlər varsa, bu problemləri öz aralarında və ya Azərbaycan ərazisindən kənarda həll etməlidirlər. Azərbaycan ərazisi heç vaxt hansısa dövlətlərin müharibə meydanına çevrilə bilməz.

“Biz buna icazə verməyəcəyik”-deyə İlyas Hüseynov bildirib.

Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!