fotofakt

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL

Tarix:16-04-2024, 14:00
Baxış Sayı:2

Hazırki mərhələdə ABŞ ilkin olaraq Ermənistana çətin relyef şəraiti olan yerlərdə istifadə etmək üçün hərbi təcili tibbi yardım maşınları göndərməyi planlaşdırır. Fikrimcə, burada əsas məqsəd siyasi şoudur.

Bu sözləri Axar.az-a ABŞ-ın Ermənistana söz verdiyi hərbi yardım haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Siyasi şərhçi hansısa hərbi texnikaların Ermənistana göndərilməsinin heç nəyi həll etmədiyini, tam inteqrasiya üçün xeyli müddətin tələb olunduğunu vurğulayıb:

“Müqayisə üçün qeyd edim ki, Ukraynaya milyardlarla dollar yardımın ayrılmasına, silah-sursat və hərbi texnikanın göndərilməsinə baxmayaraq, istənilən nəticə əldə edilmir. Çünki Ukrayna ordusu NATO sisteminə tam keçməyib. Ermənistan ordusu isə onillər ərzində tamamilə Rusiya silah-sursatına, hərbi texnikasına və sisteminə inteqrasiya edilib. Yəni ABŞ yaxın gələcəkdə Ermənistana hansısa hərbi texnika göndərsə belə, bunun inteqrasiyası çox çətin olacaq. Bəhs etdiyimiz uyğunlaşmanın tam həyata keçirilməsi üçün minimum 10-15 il vaxt lazımdır. Məsələn, Azərbaycan Ordusunda NATO standartlarına keçid artıq 20 ilə yaxındır ki, başlayıb və proses davam edir. Bunun da bəhrəsini, üstünlüyünü biz 44 günlük müharibə və sonra keçirilən antiterror əməliyyatlarında gördük. Buraya peşəkar kadr hazırlığı, hərbi sahədə əsaslı şəkildə islahatlar, alınan texnika və silah-sursatın mövcud sistemə, güc strukturlarına uyğunlaşdırılması və s. daxildir. ABŞ-ın Ermənistandakı səfirinin dəstək açıqlaması isə yalnız ideoloji və təbliğat, eyni zamanda göstəriş məqsədi daşıyır. Əsas sual doğuran məsələ Vaşinqtonun İrəvandan cüzi sayda hərbi maşın və ya zirehli texnikanın qarşılığında nə tələb edəcəyidir. Cavab isə aydındır, ABŞ Ermənistandan Rusiyaya qarşı ikinci cəbhə açmasını istəyəcək. İndi Paşinyan və komandası bunun nəticələrini oturub diqqətlə fikirləşməli, götür-qoy etməlidir. Ölkəmiz üçün isə burada heç bir təhdid yoxdur, problem Ermənistan və Rusiya arasındadır”.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn bir neçə gün öncə “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Vaşinqtonla İrəvan arasında təhlükəsizlik və müdafiə ilə bağlı əməkdaşlığın müzakirə edildiyini, hərbi müşavirlərin, eyni zamanda zirehli təcili tibbi yardım maşınlarının göndərilməsi üzərində iş aparıldığını deyib.

Pənah Babayev: Dövlətçilik şüurunu yaradan Ulu Öndər və Azərbaycanın sabitlik fəlsəfəsinin memarı
Pənah Babayev: Dövlətçilik şüurunu yaradan Ulu Öndər və Azərbaycanın sabitlik fəlsəfəsinin memarı
Ümid Əsgərov: Dövlətin taleyini dəyişən böyük iradə və Azərbaycan tarixinin dönüş nöqtəsi
Ümid Əsgərov: Dövlətin taleyini dəyişən böyük iradə və Azərbaycan tarixinin dönüş nöqtəsi
Təranə Novruzova: Milli dövlətçiliyin dirçəlişini yazan tarixi iradə və Azərbaycanın sabitlik fəlsəfəsi
Təranə Novruzova: Milli dövlətçiliyin dirçəlişini yazan tarixi iradə və Azərbaycanın sabitlik fəlsəfəsi
Aynur Mikayılova:
Aynur Mikayılova:
Fərhad Həsənov: “Qəlblərdə yaşayan əbədi Lider”
Fərhad Həsənov: “Qəlblərdə yaşayan əbədi Lider”
Sahib Hüseynov: Heydər Əliyev irsi və yeni Azərbaycan: sabitlikdən tərəqqiyə
Sahib Hüseynov: Heydər Əliyev irsi və yeni Azərbaycan: sabitlikdən tərəqqiyə
Famil Bağıyev: “Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev - qəlblərdə yaşayan lider”
Famil Bağıyev: “Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev - qəlblərdə yaşayan lider”
Məcid Əliyev: Heydər Əliyev irsi və qalib Azərbaycanın reallığı
Məcid Əliyev: Heydər Əliyev irsi və qalib Azərbaycanın reallığı