fotofakt

Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR

Tarix:3-05-2024, 11:43
Baxış Sayı:3

Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR

Hindistan Türkiyə və  Azərbaycana qarşı məkrli planını həyata keçirmək üçün Yunanıstanla Ermənistanı  silahlandırma yolunu seçib.

Ermənistana çoxlu raket, hava hücumundan müdafiə və PUA sistemi satan Hindistanın Yunanıstana isə Türkiyə döyüş gəmilərinə qarşı istifadə olunmaq üçün raket sistemləri verdiyi  bəlli olub.

Xarici medianın yazdığına  görə, Afinaya verilən sistemlərin NATO-da böhrana səbəb olacaq tipdə olduğu və sözügedən silahların NATO döyüş təyyarələrinə kilidlənə biləcəyi də iddia edilir. 

“Financial Times”, “The Economist Times”, “Radio Free Europe” və Ermənistan KİV-i də yazır ki, İrəvana təkcə Hindistan deyil, İran da silah verir. Hindistandan başlayaraq İrandan Ermənistana uzanan dəhlizlə silah satışı ötən ilin aprelində imzalanmış üçtərəfli sazişlə təmin edilir.

Mənbələr Ermənistanın Rusiya ilə münasibətləri pisləşdikdən sonra ənənəvi silah tədarükçüsü kimi Moskva əvəzinə Tehran və Yeni Dehliyə üstünlük verdiyini, Hindistandan Ermənistana göndərilən və Azərbaycana qarşı istifadə edilməsi planlaşdırılan silahlar arasında mobil personalın PUA əleyhinə  "Zen" havadan müdafiə sistemlərinin olduğunu qeyd edir.

İrəvanın “Zen” sistemləri üçün Hindistana 41 milyon dollar ödədiyi bildirilir. Bundan əlavə olaraq İrəvan Yeni Dehlidən alınan 214 millimetrlik “Pinaka” yer-yer raket sistemləri üçün 260 milyon dollar ödədiyi bəlli olub. İrəvanın Hindistandan həmçinin 155,5 milyon dollar dəyərində 84 "Advanced Gun Systems" (ATAGS) aldığı da bildirilir.
Hindistandan Ermənistana göndərilən silahlar İranın cənubunda  Bəndər Abbas limanı vasitəsilə şimalda İran-Ermənistan sərhədindəki Nurduz sərhəd qapısından keçərək Ermənistana daxil olur. Bir çox silahların təyyarə vasitəsilə də daşındığı  barədə məlumatlar var. 
Hindistanın Yunanıstana isə mümkün bir münaqişədə Türkiyə döyüş gəmilərinə qarşı istifadə etmək üçün BrahMos (PJ-10) idarə olunan raket sistemləri verdiyi bəlli olub. 

Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!