fotofakt

Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?

Tarix:13-05-2024, 14:22
Baxış Sayı:3

Ermənistanda revanşist qüvvələrin də dəstəklədiyi keşiş Baqratın başladığı hərəkatın sonrakı mümkün gedişatı bu ölkədə ciddi müzakirə mövzusudur. Bir qism ekspertlər hesab edir ki, Nikol Paşinyan hakimiyyətinə qarşı indi klassik müxalifət deyil, Erməni Apostol Kilsəsi dayanır. Bu da Paşinyan hökumətinin ənənəvi üsullara-hədə-qorxu, həbs, təqib və təzyiqlərə əl atmağa imkan vermir. Ekspertlərə görə, hakimiyyətin etirazlara başçılıq edən Baqrat Srbazana qarşı güc tətbiq ediləcəyi təqdirdə nələrin baş verəcəyi ilə bağlı heç bir hesablamaları yoxdur. Bu mənada Paşinyan hökuməti kifayət qədər çətin vəziyyətə düşüb.

“İrəvanda siyasi hakimiyyət məsələsinin həllini gözləmədən Ermənistanın bütün yaşayış məntəqələrində təcili olaraq könüllülərdən ibarət dəstələr yaratmaq lazımdır”. Musavat.com yekramas.org-a istinadən xəbər verir ki, bu çağırışla siyasi elmlər doktoru, hərbi tarixçi Armen Ayvazyan özünün Facebook səhifəsində çıxış edib.

Ayvazyan iddia edir ki, Azərbaycan istənilən an- ya Paşinyanın istefasından əvvəl, ya da ondan sonra yaranmış qeyri-müəyyən vəziyyətdən istifadə edərək Ermənistana genişmiqyaslı hücuma keçə bilər. “Rusiya qoşunlarının Ermənistanın Azərbaycanla sərhədlərindən çıxarılması Azərbaycanın hücununun yaxınlarda olacağını deməyə əsas verir” deyə, tarixçi bildirib.

Ayvazyan ölkədəki böhranlı vəziyyətdən çıxmaq üçün “Respublika” meydanında “kölgə hökumətinin” baş nazirinin, müdafiə nazirinin və xarici işlər nazirinin adını elan etmək, sonradan keçid hökuməti formalaşdırmaq lazımdır: “Xalq yeni hökumət haqqında aydın təsəvvür əldə etməli və onun üzvlərini Paşinyan və onun əlaltılarından müsbət şəkildə fərqləndirməyi bacarmalıdır. Əsl məqsəd güclü xalq hərəkatı yaratmaqdırsa, keçid hökumətində “köhnə” şəxslərdən hər hansı birinin olması istisna edilməlidir”.

Ayvazyana görə, Ermənistanın xarici siyasətinin və hərbi təhlükəsizliyinin yeni konsepsiyalarının əsas müddəaları müzakirə edilməli və dərc edilməlidir. Erməni tarixçi deyib ki, xarici siyasətin əsas istiqaməti İranla dərinləşdirilmiş strateji müttəfiqlik sənədi bağlamaq olmalıdır. Ermənistanın hərbi siyasətində “Millət-Ordu” modelinin qəbulu, onun tərkib hissəsi çoxminlik könüllülər dəstəsinin formalaşdırılması olmalıdır. Keçid hökuməti Paşinyan xuntasının Ermənistanın müxtəlif sahələrində törətdiyi dağıntıları düzəltmək üçün ən əsas addımları dərc etməlidir. Məsələn, hakimiyyətə gələndən elə ertəsi gün təhsil və elm sahələrində qəbul edilən antierməni qərarları, proqramları ləğv etmək lazımdır. Hakimiyyətə gəldikdən dərhal sonra yad etno-milli ünsürlərin Ermənistana immiqrasiyasının dayandırılması və repatriasiyanın qanunvericilik, maliyyə və bütün digər yollarla təşviq edilməsi barədə qərar qəbul edilməlidir”.

Ayvazyan hesab edir ki, İrəvanda keçirilən mitinqlərdə bu məsələlər prioritet kimi müzakirə edilməli və təklif olunan həll yolları tapılmalıdır. “Uğursuzluq bu dəfə seçim deyil, son ola bilər” – Armen Ayvazyan təkliflərini yekunlaşdırıb.

Musavat.com

Yasamalın İctimai Həyatında Məsuliyyət və Etimad İmzası – Tahir Məmmədov
Yasamalın İctimai Həyatında Məsuliyyət və Etimad İmzası – Tahir Məmmədov
Beyləqan Səhiyyəsində Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi – Baş Həkim Şahlar Hüseynov
Beyləqan Səhiyyəsində Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi – Baş Həkim Şahlar Hüseynov
S.N.U MMC – Keyfiyyətli Qablaşdırmanın, Etibarlı Qapaq Həllərinin və Peşəkar Xidmətin Ünvanı
S.N.U MMC – Keyfiyyətli Qablaşdırmanın, Etibarlı Qapaq Həllərinin və Peşəkar Xidmətin Ünvanı
Nizami Qasımzadə – Məktəb İdarəçiliyində Təhsil, Tərbiyə və İnsan Amilini Birləşdirən Direktor
Nizami Qasımzadə – Məktəb İdarəçiliyində Təhsil, Tərbiyə və İnsan Amilini Birləşdirən Direktor
Həkim-Kardioloq Dr. Əhməd Əhmədov – İnsan Ürəyinə Sağlamlıq, Pasiyentlərinə Ümid Bəxş Edən Həkim
Həkim-Kardioloq Dr. Əhməd Əhmədov – İnsan Ürəyinə Sağlamlıq, Pasiyentlərinə Ümid Bəxş Edən Həkim
Gədəbəy Peşə Məktəbində Təhsilə, Peşəkarlığa və Gənclərin Gələcəyinə Dəyər Verən İdarəçilik – Direktor Əlviz Gülməmmədov
Gədəbəy Peşə Məktəbində Təhsilə, Peşəkarlığa və Gənclərin Gələcəyinə Dəyər Verən İdarəçilik – Direktor Əlviz Gülməmmədov
Novxanıda İctimai Etimad və Xalqa Xidmət Nümunəsi – Bələdiyyə Sədri Şahin Tağıyev
Novxanıda İctimai Etimad və Xalqa Xidmət Nümunəsi – Bələdiyyə Sədri Şahin Tağıyev
Mahir Məmmədov – Azərbaycan Şahmatının Beynəlxalq Nüfuzunu Gücləndirən Peşəkar İdarəçi
Mahir Məmmədov – Azərbaycan Şahmatının Beynəlxalq Nüfuzunu Gücləndirən Peşəkar İdarəçi