fotofakt

Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...

Tarix:15-05-2024, 10:57
Baxış Sayı:6

Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...

Mayın 15-i Tavuşun demarkasiya prosesini başa çatdırılmasının son tarixdir. Razılaşmaya əsasən, Ermənistan-Azərbaycan tərəfləri mayın 15-dək protokol imzalamalıdırlar.

Bu məsələ Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair sənəddə əksini tapıb.

Lakin Ermənistanda bəzi qüvvələrə sərhədlərin demarkasiya prosesinin əleyhinə çıxaraq  etiraz aksiyalarına başlayıb və bu proses mayın 9-dan etibarən daha kütləvi xarakter alıb. Etiraz dalğasının güclənməsi fonunda İrəvan sərhəddə demarkasiya prosesini müvəqqəti də olsa dayandırıb. 

Sərhəd dirəkləri yalnız Xeyrimli kəndi ərazisinin müəyyən hissəsində yerləşdirilib. Xeyrimlidə daha 3 sərhəd dirəyinin qoyulması nəzərdə tutulur. Komissiyanın fəaliyyət planına və razılaşmaya görə, bu ərazidə sərhədlərin demarkasiyası prosesi bu gün bitməli idi. Buna uyğun olaraq da İrəvanla Bakı arasında qeyd edilən ərazidə sərhədlərin demarkasiyasının başa çatması barədə müvafiq sənəd imzalanması nəzərdə tutulurdu. Amma İrəvan yenə də hər zaman olduğu kimi, bu dəfə də üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi. Ermənistan hələ də anlamaq istəmir ki, sərhədlərin demarkasiyası tərəflər arasında etimad mühitinin yaranmasına və sülhün daha da tezləşməsinə təkan verən amildir.  İrəvanın sülhdən yayınması Ermənistana uğur vəd etmir, əksinə, böhran, özünütəcrid və itki... Azərbaycan onsuz da  istəyinə nail olub və bundan sonra da olacaq. 

Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!