fotofakt

Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı

Tarix:17-05-2024, 16:00
Baxış Sayı:5

Xankəndidə keçmiş qondarma rejimin tikdiyi bəzi binalar – "parlament binası", Ermənistan Respublikasının Könüllülər İttifaqı ("Yerkrap") və s. bir müddət əvvəl sökülüb. Mütəxəssislər Xocalı hava limanının da məhv olmuş xunta rejiminin saxta gerbindəki qartal təsvirinin formasında tikildiyini, həmçinin "Nənə və Baba" heykəlinə bənzədiyini bildirirlər. Onlar bunu əsas gətirərək, həmin hava limanının da sökülməsinin zəruri olduğunu qeyd edirlər.

Əslən Xocalıdan olan deputat Elman Məmmədov Globalinfo.az-a açıqlamasında xatırladıb ki, sovet dönəmində ermənilərin Xankəndinin girişində tikdikləri heykələ görə Azərbaycan rəhbərliyi öz etirazını bildirmişdi.

"O heykəli Qarabağda məqsədli şəkildə tikiblər ki, oranın erməni torpağı olduğunu iddia edə bilsinlər. O "abidə" də digər binalar kimi cəhənnəmə vasil olmalıdır. Ölkə başçısı hər zaman nəyi nə vaxt edəcəyini yaxşı bildiyini deyir. Yəqin ki, o heykəlin də söküləcəyi zaman gələcək. Onun yerində tarixi Azərbaycan türk torpağı olduğu üçün özümüzə məxsus möhtəşəm abidə ucaldılmalıdır".

Deputat deyib ki, Xocalı hava limanı işğal dövrü ərzində erməniləşdirilib:

"Separatçılar onu da özlərinə sərf edən kimi düzəldiblər. Xocalı aeroportu 1970-ci illərdə inşa edilib. Lakin orada müxtəlif məqsədlər üçün AN-2 ("Kukuruznik") təyyarələri uçurdu. Bakıdan Xocalıya, Xocalıdan İrəvana gedirdi. Bundan başqa, kənd təsərrüfatı məqsədilə istifadə olunurdu. Amma Heydər Əliyev Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin Birinci katibi olduğu zaman – 1975-ci ildə onun rəhbərliyi altında Xocalı hava limanı müasir formada quruldu. Bu, işğal dövrünə kimi davam edirdi. Artıq torpaqlarımız ermənilər tərəfindən işğal olunduqdan sonra düşmən bizə məxsus hava limanını sökərək, erməni nişanələri ilə tikdilər. Bu günlərə qədər Xocalı aeroportu Rusiya sülhməramlılarının yerləşdiyi ərazi idi. Hətta onlar orada kilsə də tikmişdilər. Artıq ruslar da getdi. İnşallah, bundan belə onların sonradan tikdiyi yerlər sökülər və yerində yeni müasir tipli aeroport tikilər".

Yasamalın İctimai Həyatında Məsuliyyət və Etimad İmzası – Tahir Məmmədov
Yasamalın İctimai Həyatında Məsuliyyət və Etimad İmzası – Tahir Məmmədov
Beyləqan Səhiyyəsində Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi – Baş Həkim Şahlar Hüseynov
Beyləqan Səhiyyəsində Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi – Baş Həkim Şahlar Hüseynov
S.N.U MMC – Keyfiyyətli Qablaşdırmanın, Etibarlı Qapaq Həllərinin və Peşəkar Xidmətin Ünvanı
S.N.U MMC – Keyfiyyətli Qablaşdırmanın, Etibarlı Qapaq Həllərinin və Peşəkar Xidmətin Ünvanı
Nizami Qasımzadə – Məktəb İdarəçiliyində Təhsil, Tərbiyə və İnsan Amilini Birləşdirən Direktor
Nizami Qasımzadə – Məktəb İdarəçiliyində Təhsil, Tərbiyə və İnsan Amilini Birləşdirən Direktor
Həkim-Kardioloq Dr. Əhməd Əhmədov – İnsan Ürəyinə Sağlamlıq, Pasiyentlərinə Ümid Bəxş Edən Həkim
Həkim-Kardioloq Dr. Əhməd Əhmədov – İnsan Ürəyinə Sağlamlıq, Pasiyentlərinə Ümid Bəxş Edən Həkim
Gədəbəy Peşə Məktəbində Təhsilə, Peşəkarlığa və Gənclərin Gələcəyinə Dəyər Verən İdarəçilik – Direktor Əlviz Gülməmmədov
Gədəbəy Peşə Məktəbində Təhsilə, Peşəkarlığa və Gənclərin Gələcəyinə Dəyər Verən İdarəçilik – Direktor Əlviz Gülməmmədov
Novxanıda İctimai Etimad və Xalqa Xidmət Nümunəsi – Bələdiyyə Sədri Şahin Tağıyev
Novxanıda İctimai Etimad və Xalqa Xidmət Nümunəsi – Bələdiyyə Sədri Şahin Tağıyev
Mahir Məmmədov – Azərbaycan Şahmatının Beynəlxalq Nüfuzunu Gücləndirən Peşəkar İdarəçi
Mahir Məmmədov – Azərbaycan Şahmatının Beynəlxalq Nüfuzunu Gücləndirən Peşəkar İdarəçi