fotofakt

Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...

Tarix:21-05-2024, 15:30
Baxış Sayı:3

Xəbər verdiyimiz kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko 16-17 may tarixlərində Azərbaycanda rəsmi səfərdə olub.

Axar.az xəbər verir ki, Lukaşenkonun Prezident İlham Əliyevlə görüşdə dediyi sözlər, xüsusilə Füzuli və Şuşaya səfər etməsi, o cümlədən 44 günlük müharibəni torpaqların azad edilməsi savaşı olaraq ədalətli dəyərləndirməsi erməni ekspertlər arasında “narahatlıqla” qarşılanıb. Onların fikrincə, Belarus Ermənistanla birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqının üzvüdür, buna baxmayaraq, Lukaşenko Azərbaycanla münasibətləri hər zaman İrəvandan qat-qat üstün tutub.

Rusiyalı politoloq Sergey Markedonov da bu məsələyə toxunub. O, sosial şəbəkə hesabında bildirib ki, Lukaşenko ölkəsinin Ermənistanla KTMT və Aİİ-də tərəfdaş olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyününün bərpasını açıq şəkildə dəstəklədi, 44 günlük savaşın nəticələrini müdafiə etdi və işğaldan azad edilən ərazilərdəki yenidənqurma işlərində birbaşa iştirak qərarını nümayişkaranə şəkildə elan etdi.

Onun fikrincə, bunun əsas səbəblərindən biri Azərbaycanla iqtisadi əlaqələrdir – Belarusla Azərbaycan arasında tiracərt dövriyyəsi son 10 ildə əhəmiyyətli dərəcədə artıb. İkinci səbəb hərbi-siyasi əməkdaşlıqdır, belə ki, Belarus Azərbaycana hərbi məhsullar ixrac edib (“Polonez”lər nəzərdə tutulur – red.).

Markedonov üçüncü səbəb kimi beynəlxalq vəziyyəti, Qərbin sanksiyaları nəticəsində Belarusun daha çox dost tapmaq istəyini, o cümlədən Fransa timsalında Azərbaycana təzyiq etməyə çalışan ölkələrə münasibətdə “ümumi yanaşmanı” göstərib.

Qeyd edək ki, Markedonov bir məqamı unudur: Lukaşenko Azərbaycanın ərazi bütövlüyü məsələsində daim birmənalı mövqe nümayiş etdirib. Hətta 2012-2016-cı illərdə Serj Sərkisyanla danışıqlarda açıq mətnlə Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğaldan imtina etməsi gərəkdiyini bildirdiyini əks etdirən görüntülər də ortaya çıxıb.

Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!