fotofakt

26 iyun paradının Xocalıda keçirilməsi təklifi - HAQQIMIZDIR...

Tarix:12-06-2024, 15:30
Baxış Sayı:0

26 iyun tariximizdə Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü kimi qeyd olunur. 44 günlük Vətən müharibəsi və uğurla keçirilən antiterror əməliyyatları nəticəsində Qarabağda suverenliyimiz bərpa olundu. Müharibədə Vətən müharibəsində tarixi zəfərə imza ataraq dünyada adından, gücündən söz etdirən müzəffər Azərbaycan Silahlı Qüvvələri 106 yaşını qeyd edəcək.

Bu gün Azərbaycan ordusunun gücü və peşəkarlığı onun beynəlxalq reytinqlərdəki mövqeyində də əksini tapır. İşğaldan azad olunmuş ərazilərdə hərbi paradın keçirilməsi ilk deyil. Azərbaycan Silahlı Qüvvələri günündə hərbi parad harada keçiriləcək?

Mövzu ilə bağlı sonxeber.az-a danışan hərbi ekspert Tərlan Eyvazov deyib ki, bayramlarda, xüsusilə ordu günündə parad kiçik olsa da, Şuşada keçirilir: “Azərbaycan prezidentinin Xankəndidə iştirak etdiyi vaxt orada parad keçirildi. Düşünürəm ki, belə bir paradın keçirilməsi mümkündür. Artıq bu birinci dəfə deyil. Xankəndidə bayraq ucaldılan zaman orada parad keçirilib. Burada nəsə mürəkkəb bir şey yoxdur. Düşünürəm ki, Xankəndi yerinə paradın Xocalıda keçirilməsi daha vacibdir. Xocalıda baş verən faciələr bizim tariximizdir. Artıq sakinlər Xocalıya köçürülüb. Ona görə də Xankəndi əvəzinə, Xocalıda keçirilsin”.

Bəs bu dəfə hərbi paradın Xocalıda keçirilməsi mümkündürmü?

Politoloq Qabil Hüseynli bu barədə “Yeni Müsavat”a açıqlamasında deyib ki, hazırda Xocalıda paradın keçirilməsi üçün lazım olan şərtlər yoxdur. Üstəlik hələ ki, Rusiya sülhməramlıları Xocalıdan çıxmaqda davam edirlər: “Əlbəttə, Xocalıda kiçikmiqyaslı parad keçirilsəydi, daha möhtəşəm olardı. Çünki Xocalı bizim ən yaralı, belimizi bükən, qatlayan yerimizdir. Ölkə prezidentinin qətiyyəti və şücaəti sayəsində artıq bükülən belimizi dikəldə bilmişik. Xocalı da görməlidir ki, onun necə möhtəşəm ordusu var və bu ordu Xocalı, Meşəli, Ağdaban qətliamının qisasını aldı, ermənilərin Qarabağda törətdikləri bütün vəhşiliklərə, soyqırımlara möhtəşəm cavablar verdi. Beləliklə, Xocalıda kiçik də olsa parad keçirsək, milli qürurumuz xeyli yüksəldər, qarşımzıdakı düşmən daha da kiçilər. Bu, həm də tarixə qızıl hərflərlə yazıla biləcək tədbir olardı”.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov isə qeyd edib ki, Xocalıda böyük parad keçirmək hələ ki mümkün deyil, bu baxımdan yalnız hərbi yürüş keçirilə bilər: “Biri var parad, biri də var yürüş. Hesab edirəm ki, parad böyük tədbirdir və bunun üçün dövlətin müvafiq qurumları tərəfindən hazırlıqlar olmalıdır. Üstəlik, bu tədbirdə prezidentin özü iştirak edir. Bu baxımdan əvvəldən hazırlıqlara başlanılmalıdır. Əlbəttə ki, istər Xocalı olsun, istər Xankəndi, Şuşa, istərsə də Bakı olsun, hamısı bizim üçün əzizdir. Amma hesab edirəm ki, Xocalıda böyük dövlət tədbiri olan hərbi paradın keçirilməsi indi mümkünsüzdür. Həmçinin mənə elə gəlir ki, bu il paradla bağlı böyük hazırlıqlar yoxdur, zamana da az qalır, ola bilsin ki, parad şəklində tədbir planlaşdırlımır. Amma Xocalıda, Xankəndində, Şuşada və digər yerlərdə yürüş şəklində tədbirlər keçirilə bilər”.

“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
Tanınmış LOR, plastik, və rekonstruktiv, estetik cərrah Fuad Abdullayev: - "İŞİNİN PEŞƏKARI, ŞƏFALI ƏLLƏR SAHİBİ". YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR
Tanınmış LOR, plastik, və rekonstruktiv, estetik cərrah Fuad Abdullayev: - "İŞİNİN PEŞƏKARI, ŞƏFALI ƏLLƏR SAHİBİ". YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR
Jurnalistdən DİN-ə müraciət: “Biləsuvar sakini Vasif Bağışov məni aldadaraq 4
Jurnalistdən DİN-ə müraciət: “Biləsuvar sakini Vasif Bağışov məni aldadaraq 4
Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva
Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva
Kənan Babayev: Milli ideya: ictimai-diplomatik və mədəni “güc” siyasətində Mehriban Əliyeva fenomenliyi
Kənan Babayev: Milli ideya: ictimai-diplomatik və mədəni “güc” siyasətində Mehriban Əliyeva fenomenliyi
Rövşən İsmayılov: : Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu
Rövşən İsmayılov: : Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu
Namizəd İsmayılov: Şərəfli və məsuliyyətli ömür yolu
Namizəd İsmayılov: Şərəfli və məsuliyyətli ömür yolu