fotofakt

Kərim Tahirov: Birliyimiz daha da güclənəcək

Tarix:9-07-2024, 11:54
Baxış Sayı:44

Kərim Tahirov: Siyasi islahatlar davamlı xarakter daşıyır

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - “Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi tarixi hadisədir. Bu Zirvə görüşü üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Dövlət başçılarının çıxışlarında əməkdaşlığın gücləndirilməsinə xidmət edən təşəbbüslərin irəli sürülməsi birliyimizi daha da gücləndirəcək amillərdir”. 

Qeyri-rəsmi Zirvə görüşü türk dövlətlərinin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti nümunəsidir. 15 il əvvəl Naxçıvanda bu təşkilat yaranandan keçən dövr ərzində TDT səmərəli fəaliyyət göstərib. Bu müddət ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türk dövlətlərilə geniş münasibətlərə malikdir və bu ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini nəzərə alsaq, bu böyük ailənin inteqrasiyasının, birliyinin nə dərəcədə möhtəşəm nəticələr verə biləcəyini təsəvvür edə bilərik. Azərbaycan bu təşkilatın yaranmasında yaxından iştirak edib, hər zaman türk dünyasının sıx birləşməsinə çalışıb.

Tədbirdə çıxışı zamanı Prezident İlham Əliyevin dediyi kimi, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Dövlətimizin başçısı vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir: “Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”. Prezident İlham Əliyev həmçinin, deyib ki, keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. Eləcə də, diqqətə çatdırılıb ki, “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.

Zirvə görüşündə türk dövlətlərinin liderləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini xüsusi vurğulayıblar. Eyni zamanda, TDT-nin daha bir önəmli missiyası tərəfdaşlıqdan inteqrasiyaya aparan yolla bağlıdır. Sammitdə Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun əhəmiyyətini vurğulanıb, nəqliyyat daşımalarının vaxtını azaltmaq üçün multimodal rəqəmsal platforma, rəqəmsal ticarət dəhlizinin yaradılmasının önəmi qeyd edilib. Eyni zamanda, Azərbaycanda COP29-un keçirilməsinə güclü dəstək ifadə edilib. Həmçinin, qonaqlar qədim Şuşa şəhərində olmaqdan məmnunluqlarını vurğulayıblar. “Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin inteqrasiyasında və inkişafında oynadığı rola verdiyi qiymət hamıya məlumdur. Təşkilata üzv ölkələr və onların rəhbərləri dövlətimizin başçısının bu istiqamətdəki fikirlərini nəinki bölüşür, həmçinin özləri də imkanları çərçivəsində təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün səy göstərirlər. Lakin, heç şübhəsiz, Azərbaycan Liderinin bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır. Şuşa sammitində imzalanmış Qarabağ Bəyannaməsi isə Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək”.

Şamaxıda Dövlətçilik və Vətənpərvərlik Nümunəsi: Tahir Məmmədovun İcra Hakimiyyətində Səmərəli Rəhbərliyi
Şamaxıda Dövlətçilik və Vətənpərvərlik Nümunəsi: Tahir Məmmədovun İcra Hakimiyyətində Səmərəli Rəhbərliyi
Nəsimi MKTB-nin 23 Saylı Mənzil-Kommunal İstismar Sahəsində Yüksək Peşəkarlıq və Vətənpərvərliklə İcra Edilən Fəaliyyət
Nəsimi MKTB-nin 23 Saylı Mənzil-Kommunal İstismar Sahəsində Yüksək Peşəkarlıq və Vətənpərvərliklə İcra Edilən Fəaliyyət
Gülşən Cəfərova: Bakı-Vaşinqton geosiyasi işbirliyi regionda təhlükəsizlik və əməkdaşlıq amilidir
Gülşən Cəfərova: Bakı-Vaşinqton geosiyasi işbirliyi regionda təhlükəsizlik və əməkdaşlıq amilidir
Yollarda Qanunun Keşikçisi və Dövlətçiliyin Sədaqətli Təmsilçisi – Beyləqan Rayon Dövlət Yol Polisi Bölməsinin Rəisi, Polis Mayoru Ruslan Rəhimov
Yollarda Qanunun Keşikçisi və Dövlətçiliyin Sədaqətli Təmsilçisi – Beyləqan Rayon Dövlət Yol Polisi Bölməsinin Rəisi, Polis Mayoru Ruslan Rəhimov
Sabunçuda Qanunun Aliliyi və İctimai Asayişin Etibarlı Təminatçısı
Sabunçuda Qanunun Aliliyi və İctimai Asayişin Etibarlı Təminatçısı
Xalqın Süfrəsinə Bərəkət Gətirən Məsuliyyətli Rəhbərlik Nümunəsi
Xalqın Süfrəsinə Bərəkət Gətirən Məsuliyyətli Rəhbərlik Nümunəsi
Təhsilə sədaqət və dövlətçilik ruhu ilə idarə olunan məktəb mühiti – Nizami Qasımzadənin rəhbərlik missiyası
Təhsilə sədaqət və dövlətçilik ruhu ilə idarə olunan məktəb mühiti – Nizami Qasımzadənin rəhbərlik missiyası
Samir Quliyev: “Davosdan Gələn Mesaj - Azərbaycanın Regional və Qlobal İnteqrasiya Strategiyası”
Samir Quliyev: “Davosdan Gələn Mesaj - Azərbaycanın Regional və Qlobal İnteqrasiya Strategiyası”