fotofakt

Fazil Rüstəmov: Böyük Qayıdışın uğurlu addımları

Tarix:9-10-2024, 10:03
Baxış Sayı:10

Nizami Əliyev: Xalq-ordu-iqtidar birliyi böyük Qələbəni təmin etdi


Bilgəh bələdiyyəsinin sədri Fazil Rüstəmov - 4 Oktyabr - Cəbrayıl Şəhəri Günüdür. Həmin gün Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümüdür. Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, davam edirdi və 20-yə yaxın kənd, o cümlədən Cəbrayıl rayonunun kəndləri azad edilmişdi.

Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərərək işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Əsgər və zabitlərimiz Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Bu şəhəri azad etmək üçün bizim qəhrəman övladlarımız bir neçə müdafiə xəttini yarmalı idi və bunu edə bilmişdilər.

Muzəffər ordumuz 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında 300-dən çox şəhər və kəndi işğaldan azad etdi. Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. İndi dünyanın gözü Azərbaycandadır. Qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə görülən genişmiqyaslı işlər yaxşı mənada əsl heyrət doğurur. Cəbrayıl şəhəri, onun kənd və qəsəbələri yenidən qurulur, tezliklə bütün rahatlıqları özündə ehtiva edən müasir yaşayış məkanına çevriləcəkdir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Dövlət başçısı çıxışında söylədi ki, İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı: “Bu gün bütün Azərbaycan xalqı qəhrəman övladlarımıza minnətdarlıq hissi ilə yaşayır, vətənpərvərlik ruhunda yetişmiş gənc nəsil vaxtilə itirilmiş torpaqlarımızı xalqımıza, dövlətimizə qaytara bilmişdir. Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir”.

Cəbrayılda həyata keçirilən infrastruktur və sənaye layihələri bu şəhərin və bütövlükdə rayonun simasını dəyişəcək. Cəbrayıl müharibənin doğurduğu acılardan sonra, yenidən inkişaf etmiş, öz tarixi və mədəni irsini yaşadan gözəl bir diyara çevriləcək. Cəbrayıl Şəhəri Günündə dövlət başçısının Cəbrayıla səfəri yerli əhali üçün sevincli və qürurludur.

Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!