fotofakt

Samir Quliyev: “Davosdan Gələn Mesaj - Azərbaycanın Regional və Qlobal İnteqrasiya Strategiyası”

Tarix:22-01-2026, 00:36
Baxış Sayı:46

"Azərbaycan Avropa üçün yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir"

Davos forumunda Prezident İlham Əliyevin apardığı görüşlər və müzakirələr Azərbaycanın müasir dövrdə formalaşdırdığı çevik, praqmatik və məsuliyyətli xarici siyasət kursunun təcəssümüdür. Dövlət başçısının “Euronews”ə müsahibəsi və “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan həm regional reallıqları düzgün dəyərləndirir, həm də qlobal çağırışlara adekvat cavab verir.

Bu gün hər bir ölkənin strategiyasını yalnız öz potensialına uyğun qurması prinsipinin vacibliyini vurğulayan Prezident İlham Əliyev, Azərbaycanın bu yanaşmanı praktik siyasətin əsas dayağı kimi qəbul etdiyini bir daha təsdiqlədi. Azərbaycan üçün bu, sadəcə bir nəzəriyyə deyil, gündəlik diplomatik fəaliyyətin, iqtisadi siyasətin və regional əməkdaşlığın əsasında duran mühüm prinstipdir.

Rəsmi Bakı regionda sabit və etibarlı münasibətlər qurmağı prioritet hesab edir və bu münasibətləri daha sonra qlobal əməkdaşlıq müstəvisinə daşıyır. Bu strategiya Azərbaycanın son illərdə həm regional, həm də beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi qəbul olunmasına səbəb olub. Davos kimi nüfuzlu forumda bu mövqenin açıq şəkildə ifadə olunması Azərbaycanın siyasi xəttinin ardıcıllığını və şəffaflığını nümayiş etdirir.

Ermənistan istiqamətində yüklərin daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və bu ölkəyə neft məhsullarının təchizatına başlanması göstərir ki, Azərbaycan postmünaqişə dövründə revanşist ritorikadan deyil, real əməkdaşlıq və qarşılıqlı asılılıq üzərində qurulan sülh modelindən çıxış edir. Bu addımlar regionda etimad mühitinin formalaşmasına xidmət edir və Azərbaycanın məsuliyyətli regional aktor kimi mövqeyini gücləndirir.

Azərbaycanın multikulturalizm, tolerantlıq və dinlərarası dialoq sahəsində apardığı siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nı qəbul etməsi ilə bir daha təsdiqləndi. Bu mükafat dövlətimizin humanist dəyərləri yalnız daxili siyasətdə deyil, beynəlxalq münasibətlər sistemində də fəal şəkildə təşviq etdiyini göstərir.

Prezidentin panel iclasında enerji və nəqliyyat imkanları ilə bağlı səsləndirdiyi fikirlər də Azərbaycanın Avrasiya məkanında artan strateji rolunu bir daha ön plana çıxarır. Təbii resurslar, müasir nəqliyyat infrastrukturu və boru kəmərləri şəbəkəsi Azərbaycanı Avropa üçün mühüm enerji təhlükəsizliyi tərəfdaşına çevirib.

Bu əməkdaşlıq Azərbaycan üçün premium bazarlara çıxış imkanı yaradır ki, bu da milli iqtisadi maraqların qorunması baxımından son dərəcə əhəmiyyətlidir. Azərbaycanın enerji və nəqliyyat tranziti potensialı ölkəmizi qlobal ticarət və logistika şəbəkələrində əvəzsiz bir mərkəzə çevirir.

Prezident İlham Əliyevin regional gündəliyə verdiyi xüsusi önəm və Ermənistan–Azərbaycan, eləcə də Ermənistan–Türkiyə yaxınlaşmasının paralel şəkildə inkişaf edəcəyinə dair fikirləri gələcəyə yönəlik aydın siyasi vizyonu əks etdirir. Bu yanaşma göstərir ki, Azərbaycan regionda davamlı sülhün yalnız kompleks və sinxron diplomatik addımlar nəticəsində mümkün olduğuna inanır.

Azərbaycanın bu strategiyası regionda həm siyasi, həm də iqtisadi əməkdaşlığın yeni arxitekturasının formalaşmasına təkan verir. Davosdan gələn mesajlar Azərbaycanın həm regional sabitliyin, həm də Avrasiyanın iqtisadi və siyasi əməkdaşlıq platformalarının qurulmasında əsas aktor olduğunu bir daha təsdiqləyir.

Beləliklə, Davos forumunda səslənən fikirlər Azərbaycanın xarici siyasətinin nəinki dayanıqlı, həm də məqsədyönlü və perspektivli olduğunu göstərir. Azərbaycan, həm regional, həm də qlobal səviyyədə sülh, əməkdaşlıq və inkişaf prinsiplərinə əsaslanan bir siyasət yürüdərək, gələcəyə daha möhkəm və etibarlı addımlarla irəliləyir.

Yasamalın İctimai Həyatında Məsuliyyət və Etimad İmzası – Tahir Məmmədov
Yasamalın İctimai Həyatında Məsuliyyət və Etimad İmzası – Tahir Məmmədov
Beyləqan Səhiyyəsində Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi – Baş Həkim Şahlar Hüseynov
Beyləqan Səhiyyəsində Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi – Baş Həkim Şahlar Hüseynov
S.N.U MMC – Keyfiyyətli Qablaşdırmanın, Etibarlı Qapaq Həllərinin və Peşəkar Xidmətin Ünvanı
S.N.U MMC – Keyfiyyətli Qablaşdırmanın, Etibarlı Qapaq Həllərinin və Peşəkar Xidmətin Ünvanı
Nizami Qasımzadə – Məktəb İdarəçiliyində Təhsil, Tərbiyə və İnsan Amilini Birləşdirən Direktor
Nizami Qasımzadə – Məktəb İdarəçiliyində Təhsil, Tərbiyə və İnsan Amilini Birləşdirən Direktor
Həkim-Kardioloq Dr. Əhməd Əhmədov – İnsan Ürəyinə Sağlamlıq, Pasiyentlərinə Ümid Bəxş Edən Həkim
Həkim-Kardioloq Dr. Əhməd Əhmədov – İnsan Ürəyinə Sağlamlıq, Pasiyentlərinə Ümid Bəxş Edən Həkim
Gədəbəy Peşə Məktəbində Təhsilə, Peşəkarlığa və Gənclərin Gələcəyinə Dəyər Verən İdarəçilik – Direktor Əlviz Gülməmmədov
Gədəbəy Peşə Məktəbində Təhsilə, Peşəkarlığa və Gənclərin Gələcəyinə Dəyər Verən İdarəçilik – Direktor Əlviz Gülməmmədov
Novxanıda İctimai Etimad və Xalqa Xidmət Nümunəsi – Bələdiyyə Sədri Şahin Tağıyev
Novxanıda İctimai Etimad və Xalqa Xidmət Nümunəsi – Bələdiyyə Sədri Şahin Tağıyev
Mahir Məmmədov – Azərbaycan Şahmatının Beynəlxalq Nüfuzunu Gücləndirən Peşəkar İdarəçi
Mahir Məmmədov – Azərbaycan Şahmatının Beynəlxalq Nüfuzunu Gücləndirən Peşəkar İdarəçi