fotofakt

Gülşən Cəfərova: Bakı-Vaşinqton geosiyasi işbirliyi regionda təhlükəsizlik və əməkdaşlıq amilidir

Tarix:13-02-2026, 00:08
Baxış Sayı:41

Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ başlayır. Bu ölkənin vitse-prezidenti Cey Di Vensin ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası isə müxtəlif istiqamətləri əhatə edir. Bakı ilə Vaşinqton əlaqələri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən ilin avqustunda Vaşinqtonda dövlət başçılarının iradəsi sayəsində münasibətlərin daha dinamik inkişafına zəmin yaranıb. Bu Xartiya ikitərəfli əməkdaşlığı dərinləşdirməklə yanaşı, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.

Rəsmi Bakı dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatlarının Qafqazda sülhə verdiyi töhfəni yüksək qiymətləndirir.

Cənab Prezidentin də söylədiyi kimi, “Tramp–Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir.”

Beləliklə, Bakı və Vaşinqton davamlı sülhün təmininə töhfə vermək öhdəliklərini təsdiqlədi. Təsadüfi deyil ki, Cey Di Vens də hazırda sülh sazişi baxımından Prezident Əliyevə xüsusi təşəkkür etdi.

Tərəflər həmçinin müdafiə məhsullarının satışı sahəsində perspektivli əməkdaşlığa başlayır. Eyni zamanda, süni intellekt mərkəzlərinin yaradılması da ikitərəfli gündəliyin bir hissəsidir. Dövlət başçımız bəyan etdi ki, Amerikanın aparıcı şirkətləri ilə işbirliyi qurulub və artıq ilkin nəticələr var.

Həmçinin kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantıları, ticarət və tranzitin asanlaşdırılması və digər əlaqəli sahələrdə əməkdaşlıq niyyəti də Xartiyada qeyd olunub. Bu çərçivədə həmçinin enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrinin cəlb olunması, mülki nüvə sahəsində, eləcə də nadir mineralların qlobal bazarlara tranziti sahəsində əməkdaşlıq kimi məsələlər də yer alıb.

Kibertəhlükəsizlik və süni intellekt sahəsində birgə Tədqiqat və İnkişaf dəstək alətləri, innovasiya platformaları kimi mexanizmlərin yaradılması istiqamətində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir.

Ağ Ev ümumi maraqlar əsasında daha böyük işlər qurmaq niyyətindədir. Vaşinqtonda da Strateji Tərəfdaşlıq Xartiyası ABŞ–Azərbaycan münasibətlərinin dayanıqlılığına xidmət edən sənəd kimi qiymətləndirilir. Cey Di Vens də öz növbəsində bildirdi ki, bu, xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək.

ABŞ eyni zamanda Azərbaycanın üzləşdiyi mina təhlükəsi və xüsusilə maliyyə dəstəyi, texnologiyaların ötürülməsi vasitəsilə ölkəmizdə humanitar minatəmizləmə sahəsində bacarıqların inkişafı istiqamətində əməkdaşlıq etmək niyyətindədir.

Ölkəmizin beynəlxalq sülhməramlı səylərə verdiyi töhfələr də yüksək dəyərləndirilib. Müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsinin, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamət kimi müəyyən edilib.


Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!