fotofakt

Vaqif Müslümov: Uğurlu gender siyasəti strateji əhəmiyyət kəsb edir

Tarix:11-03-2026, 00:27
Baxış Sayı:10

suriya-prezidenti-ilham-eliyeve-zeng-etdi


Uğurlu qadın siyasəti dövlətlər üçün strateji əhəmiyyət kəsb edir. Bu, davamlı inkişafın, effektiv idarəetmənin və sosial tarazlığın təmin edilməsini özündə əks etdirir. Təsadüfi deyil ki, beynəlxalq hesabatlara görə də gender bərabərliyini təmin edən ölkələr daha yüksək iqtisadi artım templəri nümayiş etdirirlər. Zərif cinsin nümayəndələrinin qərar qəbuletmədə iştirakı idarəetmənin keyfiyyətini artırır və daha balanslı dövlət siyasətinə töhfə verir. Qadınların parlamentdə, müxtəlif dövlət orqanlarında və beynəlxalq təşkilatlarda təmsil olunması daha geniş ictimai maraqların nəzərə alınması deməkdir.

Azərbaycanda da qadın siyasətinin formalaşması tarixi köklərə malikdir. Hələ 1918-ci ildə Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman ölkələrindən biri olub. Bu addım qadınların ictimai və siyasi həyatda iştirakının əsasını qoyub. Müstəqillik dövründə isə bu siyasət daha da gücləndirildi, qadınların hüquq və imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başladı. Bu sahədə dövlət səviyyəsində mühüm proqramlar qəbul olundu, hazırda qadınların sosial müdafiəsi, məşğulluğu və liderlik bacarıqlarının inkişafı üçün müxtəlif layihələr reallaşdırılmaqdadır. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı isə zərif cinsin nümayəndələrinin daim milli dövlətçilik mövqeyini dəstəklədiyini nümayiş etdirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq münasibətlər sistemində önəmli aktora çevrilən Azərbaycan qadınların ictimai-siyasi və sosial həyatda fəal iştirakının təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir.

Ölkəmizdə gender siyasətinin əsasları həm tarixi ənənələrə, həm də müasir hüquqi baza və dövlət proqramlarına əsaslanır. Azərbaycan qadınları siyasət, elm, təhsil, biznes və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə edir. Son illərdə qadınlarımızın parlamentdə və dövlət idarəçiliyində təmsilçiliyi də artmaqdadır.

Bu xüsusda birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti diqqətəlayiqdir. Mehriban xanımın hərtərəfli fəaliyyəti həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da artırır. Həyata keçirilən xeyriyyəçilik tədbirləri bir sıra ölkələri və qitələri əhatə edir. Yeri gəlmişkən, Heydər Əliyev Fondu uzun illərdir ki, dünyada Azərbaycanın yüksək səviyyəli təqdimatıdır. Təsadüfi deyil ki, 2026-cı il fevralın 27-də yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına rəhbərlik də Mehriban xanım Əliyevaya həvalə edilib. Bir sözlə, Azərbaycanda qadınların aktiv fəaliyyəti ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir.

Qadınların siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında aktiv fəaliyyəti həm də cəmiyyətin demokratik inkişafına töhfə verir. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində isə Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi və intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verir. Elm, təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurlarla o, öz nüfuzunu ilbəil artırmağa müvəffəq olub. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində də qadınlarımızın nailiyyətləri kifayət qədərdir.

Qadınların dəstəklənməsi həm də ailə institutunun möhkəmləndirilməsinə xidmət edir. Bu xüsusda deyə bilərik ki, müasir Azərbaycan qadını həm ailə dəyərlərinin qorunmasında, həm də cəmiyyətin inkişafında fəal rol oynayır.

Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Elnur Hüseynov - Vətəndaşlıq Nümunəsi və Bayram Təbriki
Elnur Hüseynov - Vətəndaşlıq Nümunəsi və Bayram Təbriki
Qaradağ Rayonunun Kommunal İnkişafına İdarəçilik: Namizəd İsmayılovdan Novruz və Ramazan Təbriki
Qaradağ Rayonunun Kommunal İnkişafına İdarəçilik: Namizəd İsmayılovdan Novruz və Ramazan Təbriki
Rəşid Yusifovdan Novruz və Ramazan Bayramı Təbriki
Rəşid Yusifovdan Novruz və Ramazan Bayramı Təbriki
Mingəçevir Polisinin Güclü Rəhbəri: Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Mingəçevir Polisinin Güclü Rəhbəri: Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Azərbaycan İnşaat Sektorunda Nümunəvi Şəxs – “Orbita MTK”nın Rəhbəri Famil Bağırovdan Novruz və Ramazan Bayramı Təbriki
Azərbaycan İnşaat Sektorunda Nümunəvi Şəxs – “Orbita MTK”nın Rəhbəri Famil Bağırovdan Novruz və Ramazan Bayramı Təbriki
Şamaxının İnkişafında Liderlik və Birlik Ruhu – Tahir Məmmədovdan Novruz və Ramazan Təbriki
Şamaxının İnkişafında Liderlik və Birlik Ruhu – Tahir Məmmədovdan Novruz və Ramazan Təbriki
Cəmiyyətə Xidmətin Nümunəsi və Bayram Ruhunun Təcəssümü – Sərxan İsmayılovdan Səmimi Təbrik
Cəmiyyətə Xidmətin Nümunəsi və Bayram Ruhunun Təcəssümü – Sərxan İsmayılovdan Səmimi Təbrik