fotofakt

Hicran Şərifov: Yeni geoiqtisadi reallıqların təcəssümü

Tarix:18-08-2026, 23:47
Baxış Sayı:64

prezidentin-aciqlamalarinda-konkret-reqemlerin-seslendirilmesi-tesadufi-deyil


Azərbaycanın qədim və füsunkar diyarı Naxçıvan tarix boyu ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Bu qədim diyarın taleyi və inkişafı hər zaman dövlətçilik tariximizin ən mühüm səhifələri ilə sıx bağlı olub. Ulu Öndər Heydər Əliyevin Naxçıvana xüsusi diqqət və qayğısı, Prezident İlham Əliyevin bu siyasəti yeni dövrün tələblərinə uyğun olaraq ardıcıl və məqsədyönlü şəkildə davam etdirməsi nəticəsində muxtar respublika yeni inkişaf mərhələsinə qədəm qoyub.

Naxçıvan Azərbaycanın ərazi bütövlüyünün, milli dövlətçilik iradəsinin və geosiyasi maraqlarının mühüm dayaqlarından biridir. Prezident İlham Əliyevin Naxçıvana hər bir səfəri dövlət siyasətinin konkret istiqamətlərinin müəyyənləşdirilməsi, mühüm layihələrin reallaşdırılması və bölgənin inkişaf perspektivlərinin dəqiqləşdirilməsi baxımından önəmlidir.

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına budəfəki səfəri regionun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Səfər çərçivəsində istifadəyə verilən sosial obyektlər və Prezidentin Azərbaycan Televiziyasına müsahibəsində verdiyi mesajlar Naxçıvanın təhlükəsizlik, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm və sosial inkişaf baxımından yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Cənab Prezidentin Naxçıvana 17-ci səfəri çərçivəsində verdiyi mesajların əsas qayəsini muxtar respublikanın dayanıqlı və hərtərəfli inkişafının təmin olunması təşkil edir. Dövlət başçısı vurğulayıb ki, Naxçıvanın inkişafı daha geniş coğrafiyanın iqtisadi və nəqliyyat imkanlarına təsir göstərən strateji prosesdir.Naxçıvanın hərtərəfli inkişafı sistemli xarakter daşıyır və müxtəlif istiqamətlərdə atılan addımlar vahid inkişaf strategiyasının tərkib hissəsidir. Naxçıvanın strateji coğrafi mövqeyi onun təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsini zəruri edir. Cənab Prezidentin də söylədiyi kimi, Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet istiqamətlərdən biridir: “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”. Bu mesaj Azərbaycanın Naxçıvanın təhlükəsizliyinə verdiyi strateji əhəmiyyətin göstəricisidir. Müasir hərbi texnika, yeni komando qüvvələri və Əlahiddə Ordunun imkanlarının gücləndirilməsi Naxçıvanın müdafiə qabiliyyətinin davamlı şəkildə artırılmasına xidmət edir.

Naxçıvanın həm də sənaye və enerji mərkəzinə çevrilir ki, burada Sənaye Parkının təməlinin qoyulması regionda istehsal imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin açılması və iqtisadi fəallığın artırılması baxımından mühüm addımdır. Bununla yanaşı, sənaye parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası nəzərdə tutulur. Naxçıvan həm də Günəş enerjisi potensialının yüksək olması ilə fərqlənir. 600 hektardan artıq ərazidə yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması planlaşdırılır. Prezident Naxçıvanda Günəş enerjisi istehsalının gələcəkdə ən azı 500 meqavat, potensial olaraq isə 1000 meqavata çata biləcəyini bəyan etdi. Müstəqilliyin ilk illərində enerjidən əziyyət çəkən Naxçıvan indi enerji ixrac edən mühüm mərkəzlərdən birinə çevrilir.

Naxçıvanın inkişafına Azərbaycanın uzunmüddətli geosiyasi və geoiqtisadi strategiyasının mühüm tərkib hissəsi kimi yanaşılır. Qarşıdakı dövrdə Naxçıvanın həm ölkə daxilində, həm də bütövlükdə regionda rolu əhəmiyyətli dərəcədə artacaq. Naxçıvanın coğrafi mövqeyi uzun illər müəyyən məhdudiyyətlər yaratsa da, bu gün həmin mövqe böyük strateji üstünlüyə çevrilməkdədir.

Yasamalın İctimai Həyatında Məsuliyyət və Etimad İmzası – Tahir Məmmədov
Yasamalın İctimai Həyatında Məsuliyyət və Etimad İmzası – Tahir Məmmədov
Beyləqan Səhiyyəsində Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi – Baş Həkim Şahlar Hüseynov
Beyləqan Səhiyyəsində Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi – Baş Həkim Şahlar Hüseynov
S.N.U MMC – Keyfiyyətli Qablaşdırmanın, Etibarlı Qapaq Həllərinin və Peşəkar Xidmətin Ünvanı
S.N.U MMC – Keyfiyyətli Qablaşdırmanın, Etibarlı Qapaq Həllərinin və Peşəkar Xidmətin Ünvanı
Nizami Qasımzadə – Məktəb İdarəçiliyində Təhsil, Tərbiyə və İnsan Amilini Birləşdirən Direktor
Nizami Qasımzadə – Məktəb İdarəçiliyində Təhsil, Tərbiyə və İnsan Amilini Birləşdirən Direktor
Həkim-Kardioloq Dr. Əhməd Əhmədov – İnsan Ürəyinə Sağlamlıq, Pasiyentlərinə Ümid Bəxş Edən Həkim
Həkim-Kardioloq Dr. Əhməd Əhmədov – İnsan Ürəyinə Sağlamlıq, Pasiyentlərinə Ümid Bəxş Edən Həkim
Gədəbəy Peşə Məktəbində Təhsilə, Peşəkarlığa və Gənclərin Gələcəyinə Dəyər Verən İdarəçilik – Direktor Əlviz Gülməmmədov
Gədəbəy Peşə Məktəbində Təhsilə, Peşəkarlığa və Gənclərin Gələcəyinə Dəyər Verən İdarəçilik – Direktor Əlviz Gülməmmədov
Novxanıda İctimai Etimad və Xalqa Xidmət Nümunəsi – Bələdiyyə Sədri Şahin Tağıyev
Novxanıda İctimai Etimad və Xalqa Xidmət Nümunəsi – Bələdiyyə Sədri Şahin Tağıyev
Mahir Məmmədov – Azərbaycan Şahmatının Beynəlxalq Nüfuzunu Gücləndirən Peşəkar İdarəçi
Mahir Məmmədov – Azərbaycan Şahmatının Beynəlxalq Nüfuzunu Gücləndirən Peşəkar İdarəçi