Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov - Bu gün nə əhali sayımız, nə ərazimiz bizə böyük dövlətlər siyahısına düşməyə imkan vermir. Amma dünya nəhənglərini qarşımıza alıb cəmi 44 günə 30 il möhkəmlənmiş işğal faktoruna, ərazimizdə tarixi bir əsrə dayanan separatizmə son qoya bilmişik. Təbii ki, İlham Əliyevin sayəsində. Yəni əhali sayımızın, ərazimizin bizə verə bilmədiyi üstünlüyü Liderimizin vizyonu hesabına təmin edə bilmişik.
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür.
Ölkə başçısı yeni yaşını Müzəffər Ali Baş Komandan, qalib sərkərdə kimi qarşılayır.
Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq edib. Eyni zamanda, Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb. Odur ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir.
“Azərbaycan dünyaya təkmil inkişaf modelini təqdim edir. Dövlətimizin uğurlu siyasəti nəticəsində Azərbaycana hansı sahədən baxsaq zəngin təcrübənin, dövrün tələblərinə uyğun olaraq təkmilləşmənin şahidi olarıq. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən bu çağırışı etdi ki, neft kapitalını insan kapitalına çevirək! Ölkəmizdə yeni texnologiyaların inkişafı və tətbiqi əsas hədəflər sırasında oldu. Dünya təcrübəsinə əsasən bu mühüm məqam da diqqətə çatdırıldı ki, dayanıqlı inkişafın təmin edilməsində yeni texnologiyalar əsas rol oynayır. O ölkələr ki, bu texnologiyaların sahibidir, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər. Azərbaycan da o ölkələrin sırasında olmalıdır. Həyatımızın müxtəlif istiqamətlərində ən müasir texnologiyaların Azərbaycana gətirilməsi və tətbiqi qarşıya qoyulan əsas vəzifələrdən oldu.
Gənclər siyasəti sahəsində də əldə olunan uğurlar gələcəyə hesablanmış siyasətin nəticəsidir: “Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu inam özünü bir daha 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdi. Azərbaycan gəncləri “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir” prinsipini öndə saxlayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini böyük ruh yüksəkliyi ilə qarşıladılar. Azərbaycan əsgəri 44 gündə hər an irəliyə gedərək böyük qəhrəmanlıq, şücaət nümayiş etdirdi. Bu, onların Vətən, torpaq sevgisindən irəli gəlirdi. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzaladı, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi oldu.”
2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olundu: “Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət göstərildi. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Tarixi Zəfərimiz bütün bu məqamlara işıq saldı.”