fotofakt

Bu ildən pensiyaya çıxanların pensiyası artırılacaq? - AÇIQLAMA

Tarix:31-01-2024, 09:50
Baxış Sayı:6

Bu ildən pensiyaya çıxanların pensiyası artırılacaq? - AÇIQLAMA

Bir neçə gündən sonra pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək. Pensiyaların indeksləşdirilərək artırılması yanvar ayından hesablanacaq və bu ayın artımı gələn ayın artımı ilə birlikdə ödəniləcək. 

Bəs, bu ilin yanvar ayında pensiyaya çıxanların da pensiya məbləğləri artırılacaqmı? 

İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, “Əmək Pensiyaları” haqqına Qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Ötən ilin yekun əməkhaqqı artımının 11%-ə yaxın olacağı gözlənilir:

"Bəzi vətəndaşlarımız yanvar ayı ərzində pensiyaya çıxıblar və artıq onlar da pensiya alırlar. Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin  göstəricisinə uyğunlaşdırıldığına görə 2023-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır". 

"Bu isə o deməkdir ki, yanvar ayında pensiya hüququ qazanan pensiyaçılarımızın pensiya məbləğləri gələn ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Bütövlükdə, bu il ərzində pensiyaya çıxan vətəndaşlarımızın pensiyası 2025-ci ildə indeksləşdiriləcək. O zaman bu il ərzindəki orta aylıq əmək haqqındakı artım faizi nəzərə alınmaqla artımlar həyata keçiriləcək. Bu ilki indeksləşdirmə isə bu ilin yanvarın 1-dək pensiya hüququ qazananlara şamil olunacaq", - deyə millət vəkili əlavə edib.

Yasamalın İctimai Həyatında Məsuliyyət və Etimad İmzası – Tahir Məmmədov
Yasamalın İctimai Həyatında Məsuliyyət və Etimad İmzası – Tahir Məmmədov
Beyləqan Səhiyyəsində Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi – Baş Həkim Şahlar Hüseynov
Beyləqan Səhiyyəsində Peşəkarlıq və İnsanpərvərlik Nümunəsi – Baş Həkim Şahlar Hüseynov
S.N.U MMC – Keyfiyyətli Qablaşdırmanın, Etibarlı Qapaq Həllərinin və Peşəkar Xidmətin Ünvanı
S.N.U MMC – Keyfiyyətli Qablaşdırmanın, Etibarlı Qapaq Həllərinin və Peşəkar Xidmətin Ünvanı
Nizami Qasımzadə – Məktəb İdarəçiliyində Təhsil, Tərbiyə və İnsan Amilini Birləşdirən Direktor
Nizami Qasımzadə – Məktəb İdarəçiliyində Təhsil, Tərbiyə və İnsan Amilini Birləşdirən Direktor
Həkim-Kardioloq Dr. Əhməd Əhmədov – İnsan Ürəyinə Sağlamlıq, Pasiyentlərinə Ümid Bəxş Edən Həkim
Həkim-Kardioloq Dr. Əhməd Əhmədov – İnsan Ürəyinə Sağlamlıq, Pasiyentlərinə Ümid Bəxş Edən Həkim
Gədəbəy Peşə Məktəbində Təhsilə, Peşəkarlığa və Gənclərin Gələcəyinə Dəyər Verən İdarəçilik – Direktor Əlviz Gülməmmədov
Gədəbəy Peşə Məktəbində Təhsilə, Peşəkarlığa və Gənclərin Gələcəyinə Dəyər Verən İdarəçilik – Direktor Əlviz Gülməmmədov
Novxanıda İctimai Etimad və Xalqa Xidmət Nümunəsi – Bələdiyyə Sədri Şahin Tağıyev
Novxanıda İctimai Etimad və Xalqa Xidmət Nümunəsi – Bələdiyyə Sədri Şahin Tağıyev
Mahir Məmmədov – Azərbaycan Şahmatının Beynəlxalq Nüfuzunu Gücləndirən Peşəkar İdarəçi
Mahir Məmmədov – Azərbaycan Şahmatının Beynəlxalq Nüfuzunu Gücləndirən Peşəkar İdarəçi