fotofakt

"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz

Tarix:27-03-2024, 14:00
Baxış Sayı:14

"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz

"Dilimizin inkişafında sözlərin məna daralması və genişlənməsi, adların metaforlaşması təbii prosesdir. Buna süni şəkildə müdaxilə etmək dilimizi təhlükə qarşısında qoyur".

Bunu filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Göytürk deyib. O, gənclərin bir sıra sözlərə fərqli məna yükləməsindən narahatlığını ifadə edib:

"Təəssüf ki, son illər xüsusən dili yaxşı bilməyən ərköyün və çılğın gənclərin nitqlərində belə təhlükəli "məna daralmaları" və "məna genişlənmələri" adi hala çevrilib. 

Özünə və ana dilimizə sayğısı olan təcrübəli dil daşıyıcılarının belə "daralma" və "genişlənmə"dən istifadə etməsi mümkün deyil. Müşahidələrim bu fikirdə olmağıma əsas verir. 

Bəs bu dili korlayan, sözlərimizə süni şəkildə müsbət və ya mənfi mənalar yükləyən kimlərdir? 
Niyə "dəhşətli", "qorxunc" mənalarında işlətdiyimiz "müdhiş" sözünü "möhtəşəm" mənasında işlətməliyik? Siz buna təbii proses deyirsiniz? 

Soruşuram, "peysər" ("boyunun arxası"), "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? Bu xalqın müəllimi, həkimi, yazıçısı, şairi, ziyalısımı? 

Niyə "xiyar", "badımcan" deyərkən ağla mənfi mənalar gəlməlidir? Niyə "girmək" feilinin yerini  tədricən "daxil olmaq" ifadəsi tutmalıdır?

Yüzlərlə belə misal gətirə bilərəm. 

Bu şəkildə məna daralması və genişlənməsi ana dilimizi gözdən salmağa, dilimizi öz kökündən qoparmağa xidmət etmirmi? Şifahi ədəbi dilimizi küçə leksikonunda danışanlar elə sıxışdırıb ki, ünsiyyət zamanı hər dəfə "türkün məsəli" ifadəsini eşidirik? 

Budurmu məna daralması, məna genişlənməsi? Bizim ana dilimizə  belə "təbii proses" lazım deyil. 

Lütfən, gözəl və ismətli dilimizi eybəcərləşdirən, urvatdan salan təhlükəli "daralmalar"a, "genişlənmələr"ə qarşı amansız olun, dəyərli soydaşlar!", - deyə o əlavə edib.

Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
Cavid Məmmədov – Sahibkarlıqda Uğuru İnsanlıq Borcu ilə Birləşdirən, Xeyirxahlığı Həyat Prinsipinə Çevirən İş Adamı
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
Ədalətə Xidmət, Qanuna Sədaqət və Yüksək Məsuliyyət – Həbib Həsənov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
El-Obasına Bağlılığı və İnsanlara Qayğısı ilə Seçilən Bələdiyyə Sədri – Nurlan Əhmədov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
Vətəndaşa Diqqət və Məsuliyyətli İdarəçilik – Binəqədi Bələdiyyəsinin Sədri Mürsəl Eminov
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
İnsan Həyatına Dəyər Verən Peşəkar Həkim – Neyrocərrah Dr. Afər Allahverdiyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Zəhməti və İşgüzarlığı ilə Seçilən Sahibkar – Mustafa Əliyev
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!
Empire by Asthetik Lab – Müasir Estetik Texnologiyalarla Gözəlliyinizə Yeni Nəfəs!